Məhkəmə qərarları › İş №3(027)-1258/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1258/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1258/2025 05.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 32496895 nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində DİN BYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32496895 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində DİN Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ-32496895 nömrəli qərarına əsasən o, 07 dekabr 2025-ci il tarixində saat 01:45-də idarə etdiyi Land Lover markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Çiləgir kəndi istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 24 km/saat sürətində aşaraq barəsində Azərbaycan Respublikası İXM-nın 328.2-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə təyin edilmişdir. Həmin qərarla razılaşmır, qərar qanunsuz və əsassızdır. Ona görə ki, o, 04 dekabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinə getmiş, 08 dekabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətindən Azərbaycana qayıtmışdır. Şikayətinə əlavə etdiyi elektron biletdən göründüyü kimi onun 04 dekabr 2025-ci il tarixində Heydər Əliyev airoportundan Türkiyəyə İstanbul şəhərinə Sabiha Gökçən airoportuna bileti vardır. Eyni zamanda həmin tarixlərdə Türkiyə Cümhuriyyətində olmağı ilə bağlı xarici pasportunda giriş-çıxış möhürləri də var, o xarici pasportunu məhkəməyə təqdim edəcək. Beləliklə barəsində DİN Baş X5i İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ-32490592 nömrəli qərar qanunsuzdur, həmin tarixdə o nəinki Qusar şəhərində heç Azərbaycan Respublikasında olmamışdır. O, xarici ölkəyə gedəndə avtomobili açarlarını evdə qoyaraq, ustaların avtomobili avtomobilin olduğu yerdə baxmasına icazə verdiyimn ailəsinə bildirmişdir. Bundan sonra tanıdığı avtomobilə qulluq göstərən ustalara 4 gün müddətində xarici ölkəyə getdiyi üçüm həyətdə saxladığı yerdə avtomobilinə baxmalarını bildirmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş həmin qərar qanunsuz və əsassızdır. İşə baxılmasının yeri və vaxtı barədə X2 və qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan EQ 32496895 saylı, xx.xx.2025-ci il tarixli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 32496895 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 32496895 nömrəli qərar ləğv edilməli və inzibati iş ərizədə göstərilən xüsusatlar nəzərə alınmaqlayenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, 32496895 nömrəli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar