Məhkəmə qərarları › İş №3(027)-1261/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1261/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1261/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakı ilə, xx.xx.1995-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X10 xxxxxxx) X11 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1576/2022 saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən 29 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1576/2022 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq borclu X5 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün ayda 50 (əlli) manat pul tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. X5 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. “Elektron icra” sistemində borclu, X6 bank hesabları, daşınar-daşınmaz əmlaklarının və rəsmi gəlirlərinin olmaması müəyyən edilmişdir. Məlumat üçün bildirirəm ki, borclu X11 bu günə qədər tələbkarın xeyrinə heç bir aliment borcu ödəniş etməmişdir və hal-hazırda 1200 manat məbləğində aliment borcu təşkil edir. Qeyd olunanları nəzərə alaraq X11 barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1576/2022 saylı icra sənədinə əsasən, X1 üçün xx.xx.2022-ci il tarixdən başalyaraq hər ay 150 manat aliment və uşağın 3 yaşınadək saxlanılması ilə əlaqədar ayda 50 manat pulu Zərərçəkmiş şəxs verməlidir. Hal-hazırda yığılmış aliment borclarını ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1576/2022 saylı icra sənədinə əsasən, X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat aliment və uşağın 3 yaşınadək saxlanılması ilə əlaqədar ayda 50 manat pulu X5 alınaraq ona verilməlidir. Hal-hazırda X6 1200 manat məbləğində aliment borcu təşkil edir. Uşağı xəstədir. Borcun tam şəkildə ödənilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan medalların vəsiqələrinin surətlərindən görünür ki, X2 azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı olmasına İ-17136 saylı, İ-22821 saylı, İ-20439 saylı və İ- 48268 saylı medallarla təltif olunmuşdur. İş materiallarında olan 11658 saylı, xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindromu, mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik, uzun müddətli stress pozuntusu, depresiv əlamətlərlə keçirilmiş qapallı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı xəstəliyindən əziyyət çəkir. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Məhkəmə hesab edir ki, X11 borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. X11 əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X11 törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X11 500 (beş yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar