Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-128/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, xx.xx.1978-ci ildə Özbəkistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və həmin kəndində yaşayan Şəxsyeviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Quba rayon DYPB-nin polis mayoru X1 tərəfindən tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxsyeviç barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarı, qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxsyeviçə və Quba rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə Şəxsyeviçin və Quba RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati icraata başlamaq haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxsyeviçin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsinin tərkibi vardır. İş materiallarında olan EQ 11157183 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxsyeviç Azərbaycan Respublikası İXM-nın 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 40 manat cərimə olunmuşdur. İş materiallarında olan EQ 11045376 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxsyeviç Azərbaycan Respublikası İXM-nın 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 10 manat cərimə olunmuşdur. İş materiallarında olan EQ 10694293 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxsyeviç Azərbaycan Respublikası İXM-nın 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 10 manat cərimə olunmuşdur. Beləliklə Şəxsyeviçna istinad edilən inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı işdə olan sənədlərlə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şəxsyeviç inzibati qaydada tənbeh edilməlidir. Beləliklə hesab edirəm ki, inzibati xəta törədən şəxs Şəxsyeviç barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxsyeviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-128/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-128/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver