Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1283/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, m ü ə y y ə n e t d i m: DİN BDYPİ inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərar tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan DİN BDYPİ-si tərəfindən qanunda göstərilən müddətdə qərarın icra edilməməsi halında barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün 10 gün ərzində DİN BDYPİ-nə dəvət olunması, çağırışa gəlmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11 maddəsinə əsasən iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəmə orqanına göndəriləcəyi qeyd olunmamışdır. Yəni inzibati xəta törədən şəxsə rəsmi qaydada törətdiyi inzibatə xəta haqqında məluma verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər DİN BDYPİ inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə DİN BDYPİ inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, qərar və digər sənədlər DİN BDYPİ inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X1 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1283/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1283/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver