Məhkəmə qərarları › İş №3(027)-1290/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1290/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1290/2022 07.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, X13 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Quba şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X9 xxxxxxx)- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs üzərindən şəxsi axtarış zamanı 0.100 qram narkotik vasitə olan qurudulmuş marixuanana və 0.051 qram sikloheksanamin aşkar edilmişdir. Bu barədə Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, Vaz-2107 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşqul olur. 12 oktyabr 2022- ci il tarixdə, təxminən saat 16 radələrində tanışı Emil adlı şəxs ona Vatsapla yazaraq özünün Quba RDM-də müalicə aldığını və ona xəstəliyi ilə əlaqədar nəfəs çatmadığından metamfetamen lazım olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, Xaçmaz şəhərinə gedib Rəşad adlı şəxsdən ona metamfetamen gətirsin. Ona Rəşadın nömrəsini də vermişdir. O da idarə etdiyi avtomaşınla saat 17 radələrində Xaçmaz şəhərinə getmiş, Rəşad adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb ondan portmanatın içərisində 1 büküm heroin, 1 büküm Metamfetamen olmaqla cəmi 2 ədəd bükümdə narkotik vasitə və həmin narkotik vasitəni qəbul etmək üçün 1 ədəd dəmir falqa vermişdir. O, da Rəşada heç bir ödəniş etmədən narkotik vasitələri götürüb avtomaşını ilə Quba istiqamətni hərəkətə başlamışdır. Xaçmaz rayonu, Yergüc kəndində yerləşən marketdən 1 ədəd 40 qəpik verib limon duzu almışdır. O, Quba RDM-nə çatmış və Emillə əlaqə saxlamışdır. Emil 3-cü mərtəbədən ip sallasa da, ip ona çatmadığından o, əlində olan portmanatı orada olan nəzarətçiyə verərək Emil adlı reanimasiyada olan xəstəyə çatdırmasını xahiş etmiş, o, da portmanatı götürüb getmişdir. Həmin narkotik vasitəsindən istifadə etməmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 206-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 6/5938 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün dairəvi möhür əksləri olan iki ədəd zərfdən, üzərində “Quba RMX-nın 2-ci korpusunun mühafizəçisi X4 təqdim etdiyi heroinə oxşar kütlə” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 1 ədəd bükmədə təmiz çəkisi 0.100 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “Quba RMX-nın 2-ci korpusunun mühafizəçisi X4 təqdim etdiyi metamfetaminə oxşar kütlə” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 1 ədəd bükmədə təmiz çəkisi 0.0.51 qram olan ağ rəngli kristalşəkilli kütlə sikloheksanamindir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi VAZ-21074 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomaşınla tanışı X2 Xaçmaz şəhərindən təhqiqata məlum olmayan mənbədən portmanatın içərisində olan 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,100 qram narkotik vasitə olan heroni və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,051 qram olan sikloheksanamin maddəsini götürüb sonuncunun müalicə aldığı Quba şəhərində yerləşən Quba RDM-nə gətirib təhvil vermək üçün gətirmişdir. X8 həmin narkotik vasitələri sifarişçi Emil Nəcməddinova əlbə-əl çatdıra bilmədiyindən X1 təqdim etmiş və sonuncu da həmin əşyanın şübhəli olduğu qənaətinə gəlib içərisini açıb baxaraq polisə məlumat vermişdir.Göründüyü kimi Şəxs Sabir oğlunun əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanılması rədd olunmuşdur. Lakin Şəxs Sabir oğlu narkotik vasitəni qanunsuz daşımaqla törətmişdir. Odur ki, qərarın surəti Şəxs Sabir oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞnin İTB-nə göndərilmiş, 1 ədəd zərfdə olan O.İOOqram narkotik vasitə olan heroinin və 0.051 qram sikloheksanamin saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinə xidmətinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs əvvəllər dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Şəxs 5 qramdan az miqdarda, yəni 0.100 qram narkotik vasitə olan qurudulmuş marixuanana və 0.051 qram sikloheksanamini üstündə saxlamışdır. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin qanunun tələblərinə istinad edərək, hesab edirəm ki, iş üzrə maddi sübut kimi Quba Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0.070 qram narkotik vasitə olan qurudulmuş marixuanana və 0.021 qram sikloheksanamin hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, xx.xx.2022-ci il tarixli akta əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şəxs barəsində həbs etmənin 07 dekbabr 2022-ci il tarixdən, saat 17:05-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll edilərkən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Quba Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0.070 qram narkotik vasitə olan qurudulmuş marixuanana və 0.021 qram sikloheksanamin hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; iş üzrə ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar