Məhkəmə qərarları › İş №3(027)-1293/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1293/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1293/2025 29.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, özlərinə məxsus pay torpağında quyu qazarkən polis nəfərləri yaxınlaşmış, polis sahə rəisinin yanına dəvət etmişdirlər. Birincisi, tərtib olunmuş protokol və qərarda göstərilir ki, o bağ sahəsində torpağı qazımaqla yerin təkindən istifadəni pozmuş və torpağı harasa daşımışdır. Əksinə, yerin təkindən istifadə qaydalarını pozmayıb, xüsusi mülkiyyətdə olan torpaq sahəsində suvarma məqsədilə su quyusu qazımaq yerin təkindən istifadənin pozulması sayılmır. O, yeri qazıyıb oradan yeraltı faydalı metal,süxur,mineral su və sair əldə etmək istəmirdi, sadəcə kənardan gətirilən arx suyunu, yağış suyunu yığmaq üçün ehtiyat su quyusu qazıyırdı. Su quyusu da meyvə yetişdirmək üçün əsas lazım olan vasitədir. Əks halda meyvə yetişdirmək mümkün deyildir. Buna görə də tək o deyil, ətrafımda olan bütün vətəndaşlar öz bağlarında quyu qazıyıblar. Digər tərəfdən, o qazılmış torpağı kənar harasa daşımamışdır. Ona torpaq da lazım deyildir. Orada qazıdığı torpağı elə quyunun ətrafında çuxur yerlərə səpələmişdir. Daha da torpağın üst münbit qatını bir az da yaxşılaşdırmışdır. İkincisi,dövlət elə torpağın suvarılması, mineral kübrələrlə təmin edilməsi üçün subsidiyalar ayırmaqla kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara yardım göstərir. Polis sahə rəisi isə dövlətin bu siyasətinə zidd olaraq məni əsassız olaraq inzibati məsuliyyətə cəlb edir. Üçüncüsü, sahə rəisi,əgər mən inzibati xəta törətmişdimsə, araşdırma aparmalı deyildimi, gəlib torpaq qazıdığımız yerə baxmalı deyildimi, orada olan vətəndaşların izahatlarını almalı deyildimi, bu torpağı daşıyıb hara apardığımı aydınlaşdırmalı deyildimi? Şifahi şəkildə «səni cərimə edəcəyəm » deyərək protokolmu yazılır, vətəndaşın təqsirini sübut etmədən cəriməmi edilir? Dördüncüsü, əslində su quyusu mənə məxsus pay torpaq shəsində deyil, bacısının yoldaşı Səxavət Sültanova məxsus, bizim torpaq sahəsinə bitişik vəziyyətdə olan torpaq sahəsində özünün iştirakı ilə qazılmışdır.Polis sahə rəisi iş üçün əhəmiyyət kəsb edən bütün bu halları araşdırmadan barəmdə əsassız qərar qəbul etmişdir. Onu da qeyd edir ki, barəsində qərar qəbul ediləndən sonra sahə rəisinə qəbul edilmiş qərarın surətini istədimişdir ki, şikayət etsin, müxtəlif bəhanələrlə 17 dekabr 2025-ci il tarixə kimi uzatmış, axırda Qırmızı Qəsəbədə yerləşən polis sahə məntəqəsinə gəlib qərarın surətini xx.xx.2025-ci il tarixdə götürə bilmişdir. Barəsində tərtib edilmiş qərarın ləğvini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş, qeyd etmişdir ki, o müvafiq qazıntı işlərinin aparıldığının qanunsuz olduğunu bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 1500 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Yerin təki haqqında Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. -4-cü maddəsinə əasasən Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. -17-ci maddəsinə əasən torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Məhkəmə iş üzrə şikayət verən şəxsin izahatını, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 cəriməni ödəməyə maddi imkanının olmamasına istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, maddi vəziyyət qərarın ləğvi üçün əsas ola bilməz. Həmçinin qanunları bilməmək məsuliyyətdən azad edilmənin hüquqi əsası ola bilməz. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 xx.xx.2025-ci il tarixli, EQP ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar