Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1294/2025 19.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Quba rayon Vladimirovka kənd İƏD üzrə nümayəndəsi Əmin Musayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, xx.xx.2003-cü ildə Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə nənəsi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00-15:00 radələrində Quba RİH-nın Vladimirovka kənd İcra nümayəndəliyinə gələrək etik qaydaları pozmuş, əlini masaya vuraraq xuliqanlıq edərək səsini yüksəltmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X9 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə nənəsi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00-15:00 radələrində Quba RİH-nın Vladimirovka kənd İcra nümayəndəliyinə gələrək etik qaydaları pozmuş, əlini masaya vuraraq xuliqanlıq edərək səsini yüksəltmişdir. Həmin günü özü də həmin yerə çağırılması əsasında getmişdir. Şəxs səsini yüksəltməyə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Şəxsin məqsədi evin alqı-satqısı barədə müqaviləni ləğv etdirməkdir. Ona görə də onun üzərinə şər atır. Həmçinin, Quba RİH-nın Vladimirovka kənd İcra nümayəndəliyində heç bir xırda xuliqanlıq hərəkətləri etməmişdir. Ora getməkdə məqsədi Zərərçəkmiş şəxs və onun oğlunun qeydiyyatdan çıxarılması olmuşdur. Lakin nümayəndəlikdən ona bildirmişlər ki, sözügedən şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X12 hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib olunmuş protokollar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onunla nəvəsi Şəxs ilə aralarında mülk mübahisəsi vardır. Buna görə də o evdən çıxmış, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində nəvəsi Ümidin xahişi ilə Quba rayonu Ağbil kəndində yerləşən evə getmiş, orada Ümid ona verdiyi pulları istəmiş, oda ona pul verməyəcəyini demişdir. Buna görə də o əsəbləşərək onun yaxasından tutub dartıb onu evdən çıxarıb itələmişdir. O da həmin vaxt yerə yıxılmış və əzilmişdir. Gəzə bilmədiyinə görə həmin gün müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, Şəxs nümayəndəliyə gələrək saxta arayış verilməsini tələb etmişdir. O, Şəxs bunun mümkün olmayacağını bildirəndə xuliqanlıq hərəkətləri etməyə başlamışdır. Səsini yüksəltmiş, qapını təpiklə açaraq otağa daxil olmuşdur. Barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 noyabr 2025-ci il tarixli qərara əsasən toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və X3 13 noyabr 2025-ci il tarixli, 885 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətomba nahiyyəsində yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 07 noyabr 2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Quba RİHB-nin Vladimirivka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Quba rayon İcra Hakimiyyətinə ünvanlanmış 27 oktyabr 2025-ci il tarixli, 5-61/2-87/2025 nömrəli məktubla qeyd edilmişdir ki, 27 oktyabr 2025-ci il tarixdə saat 14.00–15.00 radələrində Ağbil kənd sakini X1 RİHB-nin Vladimirivka kənd İƏD üzrə nümayəndəsi X5 iş otağında arayışla əlaqədar qəbulda olarkən, nəvəsi Şəxs qapını təpiklə açaraq icazəsiz içəri daxil olmuş, yüksək səs tonu ilə əlini masaya vuraraq nənəsi Milyana Əmiyevanı və dayısı X6 qeydiyyatdan çıxarılmasını tələb etmişdir. Vətəndaşa dövlət idarəsinə daxil olarkən davranış və etik normalara riayət edilməli olduğu və qeydiyyatdan çıxarılmasının vətəndaşın razılığı ilə olduğu izah edilmişdir. Şəxs bunlara məhəl qoymadan qapını təpiklə açaraq otaqdan çıxmış, idarənin dəhlizində və həyətində qışqır-bağır salaraq idarənin iş rejimini və iş ahəngini pozmuş, əlavə olaraq idarənin həyətində və idarənin pəncərəsinə yaxınlaşaraq çəkilişlər aparmışdır. Şəxs xuliqanlıq hərəkətlərinin davam etməsi nəticəsində idarənin iş rejiminin pozulmasını nəzərə alaraq Quba Rayon Polis şöbəsinə müraciət olunmuşdur. Yuxarıda qeyd edilən məktubda göstərilən hallar Ə.Musayev, E.Hacıyeva, Z.Əhmədov və Zərərçəkmiş şəxs tərəfindən imzalanmaqla tərtib edilmiş 27 oktyabr 2025-ci il tarixli aktla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin 34.2-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərəçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Belə ki, o fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki şəxsə ağrı yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində tövsif olunmuşdu və ona həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 noyabr 2025-ci il tarixli qərar, eyni zamada AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və X3 13 noyabr 2025-ci il tarixli, 885 nömrəli ekspert rəyinə əsasən X2 əməlində AR İXM-in 157-ci maddəsinin, bundan əlavə Quba rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka Kənd İƏD üzrə Nümayəndəliyinin nümayəndəsi tərəfindən verilmiş izahatla, nümayəndəliyin 27 oktyabr 2025-ci il tarixli məktubu və həmin tarixdə tərtib edilmiş aktla AR İXM-in 510 cu maddəsinin tərkib əlamətlərinin mövcud olması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 18 dekabr 2025-ci il, saat 17: 50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci, 130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 157-cı maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 dekabr 2025-ci il, saat 17:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-1294/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1294/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver