Məhkəmə qərarları › İş №3(027)-1299/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1299/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1299/2025 19.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə 3(027)-1299/2025 və 3(027)-1300/2025 nömrəli inzibati xəta haqqında işləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvansız söyüşlər söymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Xaçmaz rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində keçirilən test yoxlaması zamanı Şəxs narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edirəm ki, Şəxs oğlunun eyni vaxtlarda törətdiyi göstərilən inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* saylı xx.xx.2025-ci il tarixli protokol üzrə 3(027)-1299/2025 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə MN ******* saylı xx.xx.2025-ci il tarixli protokol üzrə 3(027)-1300/2025 nömrəli inzibati xəta haqqında işlər 3(027)-1300/2025 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* saylı xx.xx.2025-ci il tarixli protokol üzrə 3(027)-1299/2025 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə MN ******* saylı xx.xx.2025-ci il tarixli protokol üzrə 3(027)-1300/2025 nömrəli inzibati xəta haqqında işlər 3(027)-1300/2025 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar