Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-13/2023 17.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Şəxs MMC (ünvanı: Quba rayonu, Dəvədabanı yaşayış massivi; təmsilçisi: X2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Şimal regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Şimal regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2022-ci il tarixdə Quba rayonu ispik kəndində yerləşən “Quba Palace” hotelində kənar yanğın texniki-müayinə keçirilən zamanı X1 02-2002 bənd 2, 4, 9; 2, 4, 15, 1; 2, 8, 5; 2, 3, 4; 4, 6 bəndlərinin pozulması müəyyən olunmuşdur. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Şimal regional X4 İdarəsi tərəfindən inzibati xəta haqqında 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, 924 nömrəli yoxlama aktından görünür ki, obyektin SPA sahəsində yerləşən saunadaistilik peçinin ətrafı yanğına davamlı materialla mühafizə olunmamış; (YTQ 02-2002 bənd 2. 4. 9) istirahət mərkəzinin qazanxana sahəsində istilik qazanına gələn dizel borusundan dizel yanacağı yerə sızmışdır; (YTQ 02-2002 bənd 2.4.15.1) istirahət mərkəzinin avtodaynacaq sahəsində artıq əşyalrın yanar materialların yığılmasına yol verilmişdir; (YTQ 02-2002 bənd 2. 8. 5) İstirahət mərkəzinin 1 sahədə yerləşən texniki otaqda və avtodayanacaq sahədə elektrik qurğuları, elektrik qurğularının quraşdırılması qaydalarına uyğun quraşdırılmamışdır; (YTQ 02-2002 bənd 2. 3. 4) İstirahət mərkəzinin 1 mərtəbəsində təxliyə yolunda maneəedici əşyaların yığılmasına yol verilmişdir (YTQ 02- 2002 bənd 4. 6). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-13/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-13/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver