Məhkəmə qərarları › İş №3(027)-1316/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1316/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1316/2025 30.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, o inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixl, TP ******* nömrəli qərardan görünür ki, Şəxs inzibati qaydada cərimə edilmişdir. “AsanPay” rəsmi internet saytında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar üzrə cərimənin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən cərimənin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddənin tərkibini yaradır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi AR İXM 109-cu maddəsilə tənzimlənir. Qeyd edilən Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərar qəbul edənədək inzibati xəta üzrə qəbul edilmiş qərar üzrə cərimə ödənildiyindən, inzibati məsuliyyətdən azad olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar üzrə cərimə ödənildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar