Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1317/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Xaçmaz Şəhəri M.F.Axundov küçəsində yaşayan Zərərçəkmiş şəxs Quba şəhərində yerləşən “Buta” döyərək inzibati xəta törətmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində 13 dekabr 2022ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs adlı şəxsi artıq 3 ilə yaxındır ki, tanıyır, həmin şəxslə münasibətləri olmuş, qeyri-rəsmi olaraq yaşamışlar. Rəfiqə Bakı şəhərində yerləşən İrşad Elektronics telefon və məişət texnikasının satışı dükanından 1 ədəd 190 manat dəyərində Reaimi C11 markalı telefonu nəğd almış və həmin vaxt o, özü Bakı şəhərində olduğu üçün ona zəng edib dəvət edərək görüşmüş, mobil telefonu ona hədiyyə olaraq telefonu olmadığından vermişdir. Həmin mobil telefonun g-mail adresini də birlikdə onunla öz adına rəsmiləşdirmişlər. Bir neçə gündən sonra aralarında mübahisə yarandığı üçün ondan telefonu qaytarmasını tələb etmiş, o da qaytarmışdır. Rəfiqə sonradan onunla barışdığı üçün telefonu ona qaytarmış və ona bir daha təkrar istədikdə verməyəcəyini demişdir. Həmin telefonda onun öz şəxsi nömrəsi olmuş və ondan istifadə etmişdir. Sonradan Rəfiqə onunla yaşamağı üçün ailəsindən imtina etməyi demiş, lakin buna görə hətta onun ailəsinə də onunla olan şəkilləri göndərmişdir. Bu səbəbdən Quba şəhərinə gəlməsini demiş. Köhnə avtovağzal adlanan ərazidə yerüstü keçidin altında görüşüb telefonu ona versə də qəbul etməmişdir. Onunla aralarında mübahisə yaranmış. Rəfiqənin əlindən tutaraq itələyib oradan uzaqlaşmışdır. O, Rəfiqədən ondan uzaq durmasını tələb etmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Rəfiqədən hədə-qorxu ilə telefon tələb etməmiş, özü ona Bakı şəhərində hədiyyə olaraq aralarında münasibətləri olduğu üçün vermişdir. Hazırda həmin telefonu Həzrət adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxslər barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Elman adlı şəxsi 4 ildir ki, tanıyır və onunla qeyri-rəsmi münasibətdə olmuş, birgə yaşamışlar. Realmi markalı mobil telefonu Bakı şəhərində İrşad Elektronics telefon və məişət texnikasının satışı dükanından nəğd olaraq oktyabr ayının əvvəllərində 190 manata almış və həmin telefon onun adına rəsmiləşdirilmişdir. Elmana istifadə etməyə özü vermişdir. Telefonun daxilində Elmana məxsus olan ***-***-**-** nömrəsi olmuşdur. Aralarında həmin müddətdə başqa bir səbəbə görə mübahisələri yarandığı üçün o, Elmana həmin telefonu geri qaytarmasını tələb etmiş, sonuncu da daha 5-6 gün həmin telefonu işlətməsini xahiş etmişdir.Həmin telefonu sataraq yaşadığı evin kirayə haqqını ödəmək istəmişdir. Təqribən 1 həftə əvvəl o, Elmanla telefon əlaqəsi saxlayan zaman yenidən telefonu qaytarmasını desə də sonuncu ona «başına oyun açaram» deyərək sözlə hədələmiş və sağ əlinin barmaqlarından tutaraq burub ona xəsarət yetirmiş, telefonu verməyib oradan çıxıb getmişdir. Elmanın atasına və arvadına zəng edərək bu barədə demiş və onlara telefonunu qaytarmasını demələrini bildirmiş, lakin onlar Elmanın tərəfini saxlayaraq bir daha onları narahat etməməsini demişlər. Elman ona xəsarəti Quba şəhərində Köhnə avtovağzal ərazisində görüşərkən yetirmişdir. Hazırda ondan hər gün mobil telefonunu tələb etsə də o, bundan boyun qaçırmış, gah da telefonu girov qoyub qarşılığında 80 manat pul götürməsini demişdir. 27 oktyabr 2022-ci il tarixdə Vatsap sosial şəbəkəsində yazaraq telefonunu qaytarmasını tələb etmiş, lakin o, heç bir şey yazmamış, zənglərini açaraq cavablandırmamışdır. 102 xidmətinə vermiş olduğu məlumatda həmin telefonu Quba rayonunda onun əlindən almasını desə də lakin zorla, güc tətbiq etməklə almamışdır. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən irşad Elektronics telefon və məişət texnikasının satışı dükanından almış olduğu Reaimi C11 markalı mobil telefonu qeyri-rəsmi münasibətlərdə olduğu Şəxs Bakı şəhərində 2022-ci ilin oktyabr ayının əvvəllərində görüşərək istifadəsi üçün vermiş, sonradan geri qaytarmasını tələb edərkən Quba şəhəri Köhnə avtovağzal ərazisində aralarında yaranmış münaqişə zamanı sağ əlinin barmağından tutaraq burmaqla fiziki ağrı yetirmişdir. Araşdırma zamanı Şəxs mobil telefonu Zərərçəkmiş şəxs əlindən fiziki güc, zor tətbiq edərək alması öz təsdiqini tapmamışdır. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməli. Zərərçəkmiş şəxs isə telefonun tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Pənah qızı tərəfindən verilmiş ərizədən görünür ki, onlar barışmışdır və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1317/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1317/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver