Məhkəmə qərarları › İş №3(027)-1318/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1318/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1318/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X6, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Quba şəhəri, SMU-12 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30–da Quba şəhəri, bazarı ərazisində yerləşən “Bakcell” dükanın qarşısında X1. Ona görə də Quba RPŞ-nin sahə rəisi, X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli, MN 1429991-10374 №-li protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, zərərçəkmiş şəxsi tanımır. xx.xx.2022-ci il tarixdə zərərçəkən şəxsi söyməsini xatırlamır. Belə ki, həmin vaxt içkili olmuş, içkili olduğu vaxt özünü idarə edə bilmir. Hazırda əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Elnuru əvvəllər tanımamışdır. 13 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində anası Reyhan Fətullayeva ilə Quba şəhəri bazarı ərazisində yerləşən Bakcell telefon dükanının qarşısında olduğu zaman tanımadığı, hərəkətlərindən sərxoşluq hiss olunan Elnur heç bir səbəb olmadan onu nalayiq küçə söyüşləri ilə söyməyə başladı. Onlar əvvəl ona fikir verməsələrdə o, onların arxasınca gələrək hərəkətlərini davam etdirmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki,xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində qızı Aybənizlə birlikdə Quba şəhər bazarı ərazisində yerləşən “Bakcell” telefon dükanının qarşısından keçdiyi zaman tanımadığı şəxs qarşılarını kəsərək qızını nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Onlar həmin şəxsin içkili olduğunu hiss etmişlər və ona fikir verməyib yoluna davam etsələr də həmin şəxs arxalarınca gələrək öz hərəkətlərini davam etdirirdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərəçəkən şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı inzibati sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:10-da Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X9 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 13 dekabr 2022-ci il tarixdən, saat 16:10-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar