Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-132/2022 16.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 14 avqust 1987-ci il tarixdə Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Aşağı Səbətlər kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs oğlu 01 fevral 2022-ci il tarixində Quba rayonunun Səbətlər kəndində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs oğlunun barəsində 15 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 01 fevral 2022-ci il tarixində Quba rayonunun Səbətlər kəndində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid X4 bildirdi ki, 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Quba rayonu, Aşağı Səbətlər kəndində yaşayan Şəxs oğlunun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məktub icraatına daxil olmuşdur. Məktuba əsasən Quba rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X2 ilə birlikdə 15 fevral 2022-ci il tarixdə məlumatın yoxlanması məqsdədilə Xaçmaz rayon mərkəzi xəstəxanasının narkoloji kabinetində keçirilmiş tibbi müayinə zamanı Şəxs qan və sidik analizi nəticəsində tərkibində çətənə bitkisi THC kannabis marixuana” aşkar edilmişdir. Şəxs narkotik vasitə olan marixuananı 01 fevral 2022-ci il tarixdə yaşadığı Aşağı Səbətlər kəndində çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Quba rayonu, Aşağı Səbətlər kəndində yaşayan Şəxs oğlunun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məktub daxil olmuşdur. Məktuba əsasən Quba rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X4 ilə birlikdə 15 fevral 2022-ci il tarixdə məlumatın yoxlanması məqsdədilə Xaçmaz rayon mərkəzi xəstəxanasının narkoloji kabinetində keçirilmiş tibbi müayinə zamanı Şəxs qan və sidik analizi nəticəsində tərkibində “çətənə bitkisi THC kannabis marixuana” aşkar edilmişdir. Şəxs narkotik vasitə olan marixuananı 01 fevral 2022-ci il tarixdə yaşadığı Aşağı Səbətlər kəndində çəkdiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 27 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Aşağı Səbətlər kəndində yaşayan Şəxs oğlunun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 15 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon mərkəzi xəstəxanasına ünvanlanmış məktuba əsasən Quba rayonu, Aşağı Səbətlər kəndində yaşayan Şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifadə edib-etməməsinin müəyyən edilib, Quba RPŞ-nə rəsmi arayış verilməsi xahiş olunmuş, 15 fevral 2022-ci il tarixdə Xaçmaz rayon mərkəzi xəstəxanasından isə keçirilmiş tibbi müayinə zamanı Şəxs qan və sidik analizi nəticəsində tərkibində “çətənə bitkisi THC kannabis marixuana” aşkar edildiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 15 fevral 2022-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 15 fevral 2022-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-132/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-132/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver