Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1323/2022 15.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon DYPB-nin polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 15 dekabr 2022-ci il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 13 dekabr 2022-ci il tarixli materialın Quba Rayon Məhkəməsinə göndərilməsi barədə məktubundan görünür ki, inzibati xəta haqqında protokola maddənin sanksiyasında nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Həmçinin inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda inzibati xətanın mahiyyəti göstərilməmiş və Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol Quba rayon DYPB-nin polis kapitanı X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba rayon DYPB-nin polis kapitanı X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 01 oktyabr 2022-cı il tarixli, İXP ******* nömrəli protokol Quba rayon DYPB-nin polis kapitanı X1 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1323/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1323/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver