Məhkəmə qərarları › İş №3(027)-134/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-134/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-134/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi “Hyundai Tucson” MİNİK markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Quba RPŞ-nin polis kapitanı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, "xxxx" MMC-yə məxsus Hyundai-Tucson markalı, **-PB-*** dövlət-qeydiyyat nişanlı avtomobili etibamaməsiz idarə edir. Həmin avtomobili MMC-nin rəhbərliyinin razılığı ilə idarə etmişdir. Sürücülük vəsiqəsinin vaxtı bitmişdir. 12 iyun 2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi həmin bu avtomobillə Xınalıq-Quba avtomobil yolu ilə Qəçrəş kəndindən Quba rayon mərkəzinə tərəf 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt fikirli olduğundan qarşıdan gələn nömrəsinə və markasına fikir vermədiyi avtomobilin onun yoluna çıxıb manevr etməsi səbəbindən sükanı sağa çəkmişdir ki, toqquşmadan yayınsın. Həmin vaxt yolun sağındakı yol çiyini ilə onun hərəkəti istiqamətində, arxası ona tərəf irəli hərəkət edən piyada oğlanı avtomobilinin qarşısı ilə vurub yerə yıxmışdır və cəld avtomobili saxlayıb aşağı düşərək həmin şəxsi avtomobilinə götürüb Quba rayon xəstəxanasına gətirmişdir. Xəstəxanada məlum olmuşdur ki, həmin şəxs Qəçrəş kənd sakini Zərərçəkmiş şəxsdur. Avtomobilini sağa qaçıranda həmin piyadaya fikir verməmişdir, piyadanı görəndə 5-6 metr məsafə var idi, amma hadisənin qarşısını ala bilməmişdir. O, etdiyi əməlindən peşman olduğunu bildirmiş və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4-cü maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4cü maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar