Məhkəmə qərarları › İş №3(027)-1345/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1345/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1345/2025 26.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində tərtib edilmiş EQ 31862608 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X2 yaşayış yer ünvan ünvandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1, 129.1.3-1 və 132ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X3 qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar