Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-135/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 və Quba RPŞ-nin polis sahə rəisi X1 iştirakı ilə, X6 Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis X3 Bölməsinin sahə rəisi, X2 tərəfindən tərtib edilmiş MN1186384 protokola əsasən Quba RPŞ-nin rəis müavini X8 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarla X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə olunmuşdur. X10 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X10 bildirdi ki, O, Akhmedov Farid “X12 Qrupu” nun X15 İstirahət Mərkəzinin direktoru vəzifəsində işləyir. Belə ki, 12.01,2022-ci il tarixində, saat 12:18 rədələrində Quba rayon Polis şöbəsinin sahə rəisi X2 tərəfindən X15 İstirahət Mərkəzində nişan mərsiminin keçirilməsini əsas götürərək İnzibati tənbeh vermə haqqında MN№ ******* nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-maddəsinə əsasən məni vəzifəli şəxs olaraq 4000 (dörd min) manat cərimə etmişdir. Hesab edir ki, barəsində verilmiş İnzibati tənbeh vermə haqqında MN№1098177 nömrəli 12.01,2022-ci il tarixli qərar əsassız olduğu üçün ləğv olumalıdır. Belə ki, “X12 Qrupu” nun X15 İstirahət Mərkəzində istirahət edən və oteldə qalan qonaqlar (müştərilər) öz aralarında tanışlıq məqsədi ilə istirahət mərkəzinin yeməkxanasında karantin qaydalarına uyğun olaraq, yəni bir masa arxasında 5 nəfərdən artıq olmamaq şərti ilə oturaraq nahar etdikləri zaman Quba rayon Polis şöbəsinin sahə rəisi X2 istirahət mərkəzinə gəlmiş və istirahər mərkəzinin yemekxanasında altmış nəfərə yaxın müştərinin oturduğunu görmüş və bu səbəbdən protokol tərtib edərək barəsində müvafiq qərar qəbul etmişdir. Müştərilərə sosial məsafə gözləmələrini və karantin qaydalarına riayət etmələri barədə tərəfimndən xəbərdarlıq edilmişdir. Həmçinin bildirmişdir ki, toy, nişan və ad günləri kimi portala qeydiyyata alınması nəzərdə tutulan mərsimlərin keçirilməsi üçün sifarişlər Bakı şəhərində yerləşən baş ofis tərəfindən qəbul edilir və portala yerləşdirilir. Ailəlidir, iki azyaşlı övladı var, 4000 manat cərimə ödənilməsinə maddi imkanı da yoxdur. X15 İstirahət Mərkəzinin direktoru kimi Akhmedov Farid barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN№1098177 nömrəli qərarı ləğv edilməsini xahiş edir. Quba RPŞ-nin polis sahə rəisi X2 göstərmişdir ki, məlumata əsasən 12.01.2022-ci il tarixdə, saat 12:18 radələrində X15 istirahət mərkəzində Elektron qeydiyyat portalından keçmədən nişan mərisimi keçirilmişdir. Ona görə də hesab edir ki, Qubra RPŞ-nin MN ******* saylı inzibati xəta haqqında qərarı qanuni və əsaslıdır. Həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X4 izahatlarında göstərmişdir ki, 12.01.2022-ci il tarixdə X15 istirahət mərkəzində nişan məclisi olmayıb. Qeydiyyat baş ofisdə aparılır. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 12.01.2022-ci il tarixli protokoldan görünür ki, 12.01.2022-ci il tarixdə saat 12:18 radələrində X15 istirahət mərkəzində Elektron qeydiyyat portalından keçmədən nişan mərisimi keçirilmişdir. Quba Rayon Polis X3 Bölməsinin sahə rəisi, X2 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 12.01.2022-ci il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 12.01.2022-ci il tarixdə, saat 19:42-da Quba Rayon Polis X3 Bölməsinin sahə rəisi, X2 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, 12.01.2022-ci il tarixli qərarla X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında protokol tərtib edilərəkən həmin yemekxanada olan vətəndaşlardan nişan mərasimində iştirak edibetməmələri barədə izahatlar alınmamış, nişan mərasiminin keçirilməsinə aid hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X15 İstirahət Mərkəzinin direktoru Akhmedov Farid barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN №1098177 saylı qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba Cənnət Bağı İstirahət Mərkəzinin direktoru Akhmedov Farid barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN №1098177 saylı qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-135/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-135/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver