Məhkəmə qərarları › İş №3(027)-135/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-135/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-135/2025 28.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs X5 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayonu, Yol Patrul Xidməti inspektoru Polis baş serjantı X7 tərəfindən heç bir sübut görüntü olmadan, sərxoş olmamağını və həkim müayinəsi istəsə də təşkil olunmadığını və həmin gün o könüllü həkimdən alko test edib içkili sərxoş olmadığı üçün tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü və 333.1-ci maddəsi ilə tərtib edilmiş ptotokolun əsassız olunmasına görə inspektoru polis baş serjantı X7 tərəfindən inzibati xətalar məcəlləsinin 342.1.3-cü 333.1-ci maddəsi ilə tərtib edilmiş protokolu əsassız olaraq və protokolu qərarı ona təqdim etməməsini və razı olmadığı halda qərar qərarsız olmalı idisə qərarlı yazılaraq, Polis əməkdşaının yazdığı prorokolla qərarı ona təqdim etmədiyi üçün Protokolu əsassız sayaraq xx.xx.2025-ci il TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X4 xx.xx.2025-ci il saat 08:55 radələrində Quba Qonaqkənd yolun 2 km də Nügədi istiqamətindən üzü Quba rayon istiqamətində Qubaya gələn zaman onun etibarnamə ilə idarə etdiyi VAZ 21070 minik markalı dövlət qeydiyatı ** RP *** olan avtomaşınını Quba rayon Amsar kənd ərazisində DYP xidmətin əməkdaşı onu saxlatdıraraq onun idarə etdiyi avtonəqliyyatın nömrələrdə bayrağın rəngi solğun olduğunu bildirdi və sonra ondan içkili olub olmamağını soruşdu və onu alkotest etdi, alkotes etdiyi zaman Polis əməkdaşı ona sən işkilisən deyərək antonəqliyyatı Quba rayon Polis idarəsinin dayanacağına apardı, dayanacağa aparmamışdan əvvəl polis əməkdaşı ona bildirdi ki, onu dayanacağa aparmamağı üçün nə hörmət edə bilər, o polisə bildirdi ki, niyə görə hörmət etməlidir ki, onun idarə etdiyi nəqliyyatın dövlət qeydiyyatlarında nöqsan yoxdur və içkili deyil, Polis əməkdaşı gördü ki, o bunlarla razılaşmır onun idarə etdiyi avtonəqliyyatı dayanacağa apardı, o polis idarəsində bildirdi ki, onu gətiriblərsə protokol versinlər, o öz iradlarını bildirəcək. Sonradan Nail adlı Polis əməkdaşı ona bildirdiki sən imza çəksin ona qərarla protokol versin, o imza atmayınca ona protokol vermədilər. Sonda məcbur qalaraq protokolu və qərarı almağını barədə imza çəkdi ki, protokkolla qərarı versinlər, təxminən 1 saat sonra etibarnamə ilə idarə etdiyi nəqliyyat atasının adına olduğu üçün atası ilə gəlib dayanacaqdan nəqliyyatı götürdülər. Həmin gün o polis Əməkdaşlarına bildirim ki, onların alkotesdi düz işləmir xahiş edir həkim müayinəsindən keçsin. Onun istəklərinə məhəl qoymadılar o özü könüllü olaraq Quba rayon Xəstəxanasına gedib həkim müayinəsindən keçdi ki, fakt o içkili olmamağı barədə arayışda götürdü. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək, həkim rəyini nəzərə alaraq onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X7 bildirdi ki, protokolu o tərtib etmişdir. X3 təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə saxlamışlar, sürücüdə alkoqol içkisi qəbul etməsi şübhəsi yarandığından, sürücü alkotestr müayinəsindən keçmiş, içkili olması müəyyən olunmuşdur. Alkotestr müayinəsi düzgündür, sürücü tərəfindən təqdim olunan rəy saxtadır. Şikyəti əsssız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə şikayət verən şəxsi və inzibati xəta haqqında protokol tərtib edən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alkotestrin nəticəsindən görünür ki, X2 alkoqolun qəbulu miqdarı 0.472 %-dir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, şikayət verən şəxs X4 xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş olmadığını bildirərək, buna əsas olaraq Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 4 nömrəli sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolunu göstərmişdir. Lakin həmin protokolda və protokoldakı möhürdə (ümumi möhür) narkoloq həkimin adı və familiyası qeyd olunmamışdır. Həmin protokol əsassızdır. Belə ki, X4 xx.xx.2025-ci il tarixdə təhlükəsizlik kəməri bağlamadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi alkotesrin nəticəsi və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Quba RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Quba RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Quba RPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar