Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1353/2025 07.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, idarə etdiyi ** BX *** X4 “Ford Transit yük” markalı avtomobilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində təqribən saat 20:40 radələrində etibarnamə ilə idarə etdiyi ** BX *** X4, Ford Transit yük markalı avtomobili ilə Quba rayonu Fətəlixan küçəsi ilə hərəkət edərkən YPX inspektoru polis serjantı Elnur Dadaşov onu dayandıraraq, ondan avtomobilin ön işıqlarını yandırmadan niyə idarə etdiyini soruşdu. Halbuki o avtomobili idarə edərkən ön işıqları yandırmışdır. Hətta o təkidlə ondan bort kompüter vasitəsi ilə video qeydiyyata baxmağı tələb etdi. Video görüntüyə baxış zamanı həqiqətən də avtomobilinin ön işıqlarının yanılı vəziyyətdə olduğunu gördü və serjant özü də təsdiqlədi. Amma onun yanından ayrıldıqdan sonra ona Azərbaycan Respublikasının İXM-nın 329.1-ci maddəsində nəzərdə tutulmuş təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə İXP7680094 saylı protokol əsasında TP7715332 saylı qərar qəbul etdi. Lakin elektron kabinetə heç bir şəkil və video materiallar yerləşdirilməmişdir. Bildirir ki, DYP əməkdaşı tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək,xx.xx.2025-ci il tarixində, saat 20:40 radələrində avtomobili ilə Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkət edərkən polis əməkaşı özünü təqdim etmədən avtomobilin ön işıqlarını niyə yandırmadan idarə etdiyini soruşmuş, o da ondan bort kompüter vasitəsi ilə video qeydiyyata baxmağı tələb etmişdir. Video görüntüyə baxış zamanı həqiqətən də avtomobilinin ön işıqlarının yanılı vəziyyətdə olduğunu görmüşdür. Ondan ayrıldıqdan sonra təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimə yazılmışdır. Kəməri bağlayıb-bağlamadığı yadında qalmamışdır. Şikayətinin təmin olunmasını və cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba rayonu YPX-nin inspektoru X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 40 manat məbləğində cərimə edilmişdir. Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş ərizədə göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1353/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1353/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver