Məhkəmə qərarları › İş №3(027)-1354/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1354/2025

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1354/2025 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 və FHN DYNX-nin X9 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi daxili xidmət mayoru X3 iştirakı ilə, X5 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN1915910 saylı qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə FHN DYNX-nin X9 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba şəhəri 22-ci məhəllədə yerləşən, mülkiyyətində olan, 2 mərtəbəli ictimai iaşə və yaşayış binasının 2-ci mərtəbəsində fərdi sahibkar kimi “Qonaq Evi” adı altında fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə FHN-nin X9 Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın təhlükəsizliyi ilə əlaqədar növbədənkənar yoxlama təyin edilmişdir. Yoxlama zamanı müəyyən nöqsanlar aşkar olunmuş və həmin nöqsanlara görə inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarı verilmişdir. Həmin qərara əsasən İXM-nin 318.1 maddəsi ilə 150 (bir yüz əlli) manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə əvvəlki yoxlamada aşkar olunmş nöqsanların aradan qaldırılması ilə əlaqədar təkrarən yoxlama aparılmışdır. Həmin gün MN № ******* saylı protokol tərtib olunmuşdur. Öz etirazını bildirmiş, Protokolun yazılışı qərəzli olduğu üçün imza etməkdən imtina etmişdir. Odur ki, müayinə aparıldığı 1-ci mərtəbədə yerləşən çayxana və yeməkxana sahəsi X1 icarəyə verilmişdir. İcarə müqaviləsi 2027-ci ilə qədər qüvəddədir. Digər tərəfdən binanın cənub hissəsində yerləşən ictimai iaşə binası X4 mülkiyyətindədir, vergi qeydiyyatında, uçotunda deyildir. Bu 2 sahədə aşkar olunmuş nöqsanlar onun adına yazılmış, protokolda öz əksini tapmışdır. Bu da əsassız və qanunsuzdur. Buna baxmayaraq həmin protokola əsasən xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar verilmişdir. İXM-nin 536.1 maddəsi ilə 500 (beş yüz) AZN məbləğində cərimə olunmuşdur. Halbuki, bəzi nöqsanlar və tələblər yerinə yetirilsədə FHN-nin əməkdaşları tərəfindən nəzərə alınmamışdır. “X14” ndə 02 avqust 2007-ci ildə Quba rayon Mühafizə Şöbəsi tərəfindən yanğın xəbər verici siqnalizasiya sistemi quraşdırılmışdır. Hal-hazırda işlək vəziyyəti yoxlanılır. Aradan qaldırdığı nöqsanların siyahısı ərizəyə əlavə olunmuşdur. Məhkəmə iclasında şikayət verən şəxs X8 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında FHN DYNX-nin X9 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi daxili xidmət mayoru X7 xx.xx.2025-ci il tarixdə qərar yazılarkən cərimənin şərti tətbiq edildiyini, 1 ay vaxt verildiyini, bu müddət ərzində nöqsanların tam aradan qaldırıldığı barədə məlumat verilmədiyini, qərarın icraya yönəlmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borcla deyildir. 8.3-cü maddəsinə İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.7—ci maddəsinə əsasən Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.4-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu halda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X5 şikayəti əsaslı olmadığından şıkayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli X2 İXM 518.1ci maddəsilə təqsirli bilinib şərti olaraq 150 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli plandankənar yoxlamanın keçirilməsi barədə qərarla Xınalıq otelinin xx.xx.2025-xx.xx.2025-ci il müddətinə müayinəsi nəzərdə tutulmuşdur. -İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli X2 İXM 518.1ci maddəsilə təqsirli bilinib şərti olaraq 500 manat məbləğində cərimə edilmişdir. -FHN DYNX X9 Yanğın Nəzarəti İdarəsinin Yanğın–texniki müayinə aktı ilə aşkar olunmuş pozuntular qeyd olunmuşdur. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, sözügedən obyektə yoxlama keçirilən zaman sözügedən pozuntuların olması X8 tərəfindən inkar olunmamışdır. Təqdim olunmuş fotoşəkillərdən də müvafiq pozuntuların olduğu aydın görünür. Lakin 1 ay müddətində bu pozuntuların aradan qaldırılması üçün A.Babayev tərəfindən müvafiq tədbirlər görüldüyü ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X8 barəsində -İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli Qərar qanunidir. Belə ki, sözügedən pozuntular aşkar olunduğundan müvafiq qərar tərtib olunmuşdur. Lakin göstərilən pozuntuların 1 ay ərzində aradan qaldırıldığı təqdirdə cərimənin tətbiq olunması inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edilməsini istisna etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar