Məhkəmə qərarları › İş №3(027)-136/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-136/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-136/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, xx.xx.1968-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İqriq kəndində qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü ildə saat 13:00 radələrində Quba rayonu İqriq kəndində ov qaydalarını pozaraq özünə məxsus ov tüfəngi ilə 2 ədəd yaşıl başlı ördək ovlayıb öldürməklə təbiətə 11 manat maddi ziyan vurmuşdur. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, mərhum atasından qahlmış Toz markalı 16 çaplı, 7764-58 nömrəli qoşalüləli ov tüfəngini xx.xx.2020-ci il tarixdə Quba RPŞ-də 197 nömrəli şəhadətnamə ilə öz adına keçirmişdir. O, bildirmişdir ki, bir ədəd çöl, iki ədəd xaşıl baş ördəyi görüb lüfəngi götürüb iki güllə atmışdır və ikinci güllədə iki ədəd yaşıl baş ördəki vurub öldürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində toplanmış material üzrə cinayəl işi başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti götürülmüş bir ədəd 7764-58 nömrəli, Toz markalı, 16 çaplı, qoşa lüləli ov tüfəngi ilə birlikdə RPŞ-nin İTВ-nə (X2) verilmişdir. İş materiallarından görünür ki, 7764-58 nömrəli, Toz markalı, 16 çaplı, qoşa lüləli ov tüfənginin saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 12292 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar