Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1360/2025 24.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında 09 dekabr 2025-ci il tarixli EP ******* №li protokola əsasən "X4" MMC tərəfindən 11760.00 Avro məbləğində vəsait bank vasitəsilə 27 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11760.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 28 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanmda törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, protokol əsassız tərtib olunub, gömrük brogeri tərəfindən səhvə yol verilib, müqavilənin nömrəsi bəyannamdə səhv göstərilib, bu barədə müraciətləri var, müraciətlərinə cavab verilməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01/AZE/TUR/2023 saylı, xx.xx.2023-cü il tarixli mal alqı-satqısı haqqında müqavilədən görünür ki, “Birlik Toptan GİDA-Şahin Güngördü” ilə Şəxs MMC arasında mal alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən müqavilə əsasında 11760.00 EUR məbləğində vəsaitini “Birlik Toptan GİDA-Şahin Güngördü” adına köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən ölkədən məxaric olunmuş 11760.00 EUR məbləğində vəsaiti əsasında ölkəyə Şəxs MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-33-1100/2-001470/2026 saylı Quba rayon Məhkəməsinə ünvanladığı cavab məktubundan görünür ki, **********9885 sorğu nömərli gömrük bəyannaməsinin 44-cü qrafasında müqavilənin tarixi texniki səhv yazılmamışdır, yəni qeyd olunan gömrük bəyannaməsinə qoşma edilən xx/xx.2023 nömrəli müqavilənin tarixi xx.xx.2023-cü ildir. Lakin xx.xx.2026-cı il tarixdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təqdim etdiyi məktubunda qeyd olunmuşdür ki, Şəxs MMC tərəfindən Gömrük nəzarətinə təqdim edilmiş **********9885 sorğu nömrəli gömrük bəynannaməsində göstərilmiş xx/xx/2023 saylı müqavilə sözügedən bəyannaməyə aid deyildir. Belə ki, həmin **********9885 sorğu nömrəli gömrük bəynannaməsi əsasında rəsmiləşdirilmiş malların xarici tərəfdaş Şahin Güngördü arasında deyil, Çağrı İndestru A,Ş arasında bağlandığı müəyyən edilmişdir. Həmçinin Şəxs MMC tərəfindən MT100” köçürmə ərizəsinə əsasən ixraçatçı Şahin Güngördünün bank hesabına 11760 avro vəsait köçürüldüyü müəyyən edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC ilə “Birlik Toptan GİDA-Şahin Güngördü” arasında xx.xx.2023-cü il tarixli 01/AZE/TUR/2023 saylı müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Şəxs MMC tərəfindən 01/AZE/TUR/2023 saylı, xx.xx.2023-cü il tarixli müqavilə əsasında 11760.00 EUR məbləğində vəsaitini “Birlik Toptan GİDA-Şahin Güngördü” adına köçürülmüşdür. O cümlədən, Təqdim edilmiş sənədlərə xx.xx.2023-cü il tarixli müqavilə əlavə olunmuş, həmin müqavilənin məzmununa baxdıqda isə onun Şəxs ilə “Çağrı Endestru” A.Ş arasında bağlandığı aydın olur. Müvafiq faktı Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin həm məhkəməyə həm hüquqi şəxsin özünə təqdim etdiyi məktublarda təsdiq edir. xx.xx.2026-cı il tarixdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təqdim etdiyi məktubunda təsdiq olunmuşduşdur ki, Şəxs MMC tərəfindən Gömrük nəzarətinə təqdim edilmiş **********9885 sorğu nömrəli gömrük bəynannaməsində göstərilmiş xx/xx/2023 saylı müqavilə sözügedən bəyannaməyə aid deyildir. Həmin **********9885 sorğu nömrəli gömrük bəynannaməsi əsasında rəsmiləşdirilmiş malların xarici tərəfdaş Şahin Güngördü arasında deyil, Çağrı İndestru A,Ş arasında bağlandığı müəyyən edilmişdir. Həmçinin Şəxs MMC tərəfindən MT100” köçürmə ərizəsinə əsasən ixraçatçı Şahin Güngördünün bank hesabına 11760 avro vəsait köçürüldüyü müəyyən edilmişdir. Yəni bəyannamənin 44-cü qrafasında əslində texniki səhv getmişdir. Və bu məsələ ilə bağlı Şəxs MMC-nin hər hansı bir təqsiri olmamışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu ilə bağlı qeyd etmək lazımdır ki, müvafiq qurumun nümayəndəsi ilə əlaqə saxlanılmış və məktubun araşdırılma tam aparılmadan yazıldığını daha sonrakı məktubun nəzərə alınması xahiş olunmuşdur. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1360/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1360/2025
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver