Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-137/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs - Quba RPŞ-nin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- X1, Onun müdafiəçisi X5 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Qusar rayonu, Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Qusar rayonu, Avaran kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X4 barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X4 xx.xx.2023-cü il tarixdə, saat 04:00 radələrində Quba şəhərində yerləşən “Yeni Avtovağzal” ərazisində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Quba şəhərində yerləşən ”Yeni avtovağzal“ ərazisində içkili halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Quba RPŞnin əməkdaşı S.Aydəmirovun raportu əsasında Şəxs barəsində MN N1594092 deriyalı protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Yeni avtovağzal” ərazisində “Fantan” çay evinin qarşısında iki nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək onu portal yoxlanış sistemində yoxlamaq istədiklərini bildirdikdə, həmin şəxslər mülki geyimdə olduqlarından özünü təqdim etməkdən və onlara sənəd təqdim etməkdən imtina etmişdir. Sonra mobil telefonu ilə təqdim edilmiş xidməti vəsiqələrin şəklini çəkmək qarşılığında özünü təqdim edəcəyini şərt kimi irəli sürmüşdür. Bununla əlaqədar onu Quba RPŞ-nə dəvət etmişlər. Törətdiyi əməldən peşmandır, himayəsində 3 azyaşlı uşaq olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı X9 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, polis baş serjantı Sənan Məmmədrzayevlə gecə gəzintisində xidmətdə olduqları zaman, saat 04.00 radələrində Quba şəhəri “Təzə Avtovağzal” adlanan əraziyə yaxın bir nəfər şəxsə yaxınlaşmış və xidməti vəsiqəni göstərərək özlərini təqdim edib onu portal yoxlanış sistemində yoxlamaq istədiklərini bildirmişlər. Həmin şəxs xidməti vəsiqənin şəklini çəkməyə israr etdikdə, ona bunun qadağan olduğunu və özünü təqdim etməsini dedikdə, o imtina edərək tabesizlik göstərmişdir. Həmin şəxsi dəfələrlə intizama dəvət etsələr də, özünü təqdim etməyərək onlara qarşı kobud ifadələr işlətmişdir. Həmin şəxs sərxoş olduğu və özünü təqdim etmədiyi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Şöbədə onun Qusar rayonu, Avaran kənd sakini X4 olduğu məlum olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X2 peşmançılığını, himayəsində 3 azyaşlı uşağının olması və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqdim olunmuş inzibati xəta haqqında protokolda və protokolu tərtib etmiş şəxsin izahatında Şəxs inzibati xətanı sərxoş halda törətdiyi qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin 75.0.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İş materiallarına Şəxs müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair sübut əlavə edilməmiş və xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X10 məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş X13 barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alır və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq ediməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən hüquqların məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-137/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-137/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver