Məhkəmə qərarları › İş №3(027)-137/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-137/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-137/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qonşusu Laçınov Umudla aralarında söz mübahisəsi yaranmış və əsəbləşərək Alpan kəndində qəsdən daşı götürərək qaz sayağacına vuraraq üzərindəki plastması sındırmışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qonşusu Laçınov Umudla aralarında söz mübahisəsi yaranmış və əsəbləşərək onun qaz sayağacına vuraraq üzərindəki plastması sındırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində evin balkonunda dayanaraq küçəyə baxan zaman qonşusu Şəxs küçədən gələrək evin qarşısında dayanmış, su şlankının tərəfindən zədələndiyini bildirmişdir. Lakin o, şlanka ziyan vurmadığını dedikdə Ceyhun onunla mübahisə edərək yerdən daşı götürmüş və qapısının yanında olan qaz sayğacına vurmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X5 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilməli və Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə RPŞ-nin İTB-nə göndərilməlidir. Tərəflər arasında gələcəkdə xoşagəlməz halların qarşısının alınması məqsədi ilə qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədə müvafiqdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, tərəflər Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 232-1 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar