Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-137/2025 28.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X4 inzibati tənbeh vermə haqqında Quba rayon DYPB-nin xx.xx.2025-ci il tarixli TP7039342 nömrəli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Dövlət X7 xx.xx.2025-ci il tarixli tərtib etdiyi Protokolun nömrəsi: İXP6889276 Qərann nömrəsi: TP7039342 ləvğ olunması barədə qərar cıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, anası X1 məxsus olan etibarnamə ilə idarə etdiyi Mercedes Benz C230 minik AZ **-BO-*** dövlət nişanlı avtomobilə xx.xx.2025-ci il tarixində Quba Rayon Dövlət X7 Yol Patrul Xidməti Quba, Əiiağa Vahid, 3, GPS: 41.3645996,48.5576979 ünvanında Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin Maddə 327.2. Svetoforun və ya nizamlayıcını qadağan edici işarəsi Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 3 bal 100 manat (bir yüz) cərimə yazılmışdır. Quba rayonuna gəlmişdir. İstirahət edib xx.xx.2025-ci ıl tarixində saat 16:40-radələrində Xaçmaz rayonuna gedərkən Quba, Əliağa Vahid 3, GPS: 41.3645996,48.5576979 ünvanında Quba Rayon Dövlət X7 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanılıb. İlk öncə sənədlərimə baxış keçirilib sonradan ickilı olub olmadığı yoxlanılıb. Sənədləri qaydasında olub yoxlama zamanı içkili olmadığı müəyyən olunub. Yolunu davam eddirmişdir. Yolu davam etdirdikdən sonra istifadə etdiyi mobil telefona təxminən 16:55 də SMS-radar vasitəsi ilə ona mesaj gəlmişdir həmin mesajda ona məlum oldu ki Quba Rayon Dövlət X7 Yol Patrul Xidmətin əməkdaşları Quba, Əiiağa Vahid, 3, GPS: 41.3645996,48.5576979 ünvanında Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 3 bal 100 manat (bir yüz) cərimə yazılmışdır. Hesab edir ki, Quba Rayon Dövlət X7 Yol Patrul Xidmətinin əməkdaşlarının xx.xx.2025-ci il tarixində saat 16:40-da Quba şəhəri, Əliağa Vahid, 3, GPS 41.3645996,48.5576979 ünvanında Protokolun nömrəsi: İXP6889276 Qərarın nömrəsi TP7039342 əsasız və qanuna müafiq deyildir. Həmin əraziyə baxış keçirdikdə məlum olur ki qeyd olunan ərazidə yolu QB-001 müşahidə kamerası və MMX kamerası var. O, əgər qeyd olunan Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin Maddə 327.2. Svetoforun və ya nizamlaytcının qadağan edici işarəsi verilərkən hərəkətini davam etdirmişsə ərazidə yerləşən və fasilənin video müşahidə aparan və qeydə alan QB-001 müşahidə kamerası və MMX- kamerası tərəfindən qeydə alınardı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vətəndaşlar ücün yaradılmış elektron kabinetdə Protokolun nömrəsi: İXP6889276 Qərarın nömrəsi: TP7039342 yoxlayarkən hec bir foto şəkil və video yerləşdirilməyib buda o deməkdirki xx.xx.2025-ci il tarixində saat 16:40-da Quba, şəhəri Əliağa Vahid, 3, GPS: 41.36459xx.xx.5576979 ünvanında Svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməmişdir. Şikayət verən şəxs X5 Məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, X5 şikayətində istifadəsində olan Mercedes Benz C230 minik AZ **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman heç bir inzibati xəta hadisəsi törətmədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin Quba rayon DYP-si tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilən zaman (SD disk iş materiallarına əlavə olunub) müəyyən olunmuşdur ki, X5 idarə etdiyi Mercedes Benz C230 minik AZ **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri, “ASAN Xidmət”-in qarşısında olan dairəyə daxil olarkən, dairəyə daxil olmuş nəqliyyat vasitəsinə yol vermədən hərəkətə davam etmişdir. Bununla da X2 Hərəkəti Haqqinda Qanunun 32-ci maddəsinin 15-ci bəndinin tələbini pozmuşdur. (Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.) X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olumaslı qanuna müvafiqdir. Şərh edilənlərə əsasən, məhkəmə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7039342 nömrəli qərar ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7039342 nömrəli qərar ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-137/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-137/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver