Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-138/2024 20.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı Zərdabi qəsəbəsində yerləşən orta məktəbə daxil olaraq 3 ədəd portiretlərini qayçı ilə kəsərək yarasız hala salmaqla 100 manat maddi ziyan vurmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* №-li protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vaxtında məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Quba RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Mikayıl Rüstəmovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı Zərdabi qəsəbəsində yerləşən Bayram Şixemirov adına tam orta məktəbin inzibati binasına qanunsuz daxil olmaqla 3-cü mərtəbədə divarlarda yerləşdirilmiş Azərbaycan tarixi görkəmli ədiblərinin 3 ədəd portiretlərini əlindəki qayçı ilə kəsərək yararsız hala salmaqla 100 manat məbləğində maddi ziyan vurması öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməsi cinayətinin, yəni 221-cı maddəsinin tərkibini yaratmır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 100 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-138/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-138/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver