Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-139/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7 iştirakı ilə, Quba Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333-1.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında Quba RPŞ DYPB-nin 22 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, Xaçmaz Rayon Xəstəxanısının X1 yalan rəy verdiyinə görə İXM-nin 530-cu maddəsilə inzibati məsuliyyətə cəlb olunması məlumat verilməsi və onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı sənədlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22 yanvar 2024-cü il tarixində, saat 16:30 radələrində şəxsi işi ilə əlaqədar etibarnamə ilə idarə etdiyi “Nissan Sentra” markalı **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobilə Quba şəhərindən, Xaçmaz rayonu istiqamətində gedərkən, Timiryazev qəsəbəsində Quba RPŞ X12 işçiləri ona “saxla” əmri verdikdə maşını kənara çəkib saxlamışdır. 3 nəfər polis əməkdaşı yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra heç bir səbəb göstərmədən avtomobili cərimə meydançasına apardıqları barədə tapşırıq aldıqlarını bildirmişlər. Onlardan avtomobilin onun olmadığını və etibarnamə əsasında idarə etdiyini bildirərək səbəbini soruşduqda, polis əməkdaşı səbəbini özünün də bilmədiyini, sadəcə bu barədə tapşırıq aldığını bildirmişdir. Avtomobili cərimə meydançasına aparmaqla bağlı heç bir akt tərtib olunmamışdır. Halbuki onlar avtomobildə olan əşyaları aktda göstərməli, iki nüsxə tərtib edərək, hər iki tərəf imzalamalı və birini ona verməliydilər. O, Quba RPŞ X14 gəlmiş, orada ona bildirmişlər ki, guya o, spirtli içki və ya psixotrop maddənin təsiri altında avtomobili idarə etdiyini bildirmişlər. O, nə spirtli içki, nə də narkotik qəbul etməmişdir. Bu zaman S.Süleymanov özlərində olan test aparatını gətirərək analiz üçün onun ağız suyundan test götürülməsini tapşırdı, o, heç bir şübhə etmədən razı olmuşdur, lakin testin nəticəsi neqativ qiymətləndirildiyindən, onları qane etməmiş və onu narkotest etdirmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Buna baxmayaraq o təkidlə onlara bu testi Qubada vermək istədiyini desə də, onlar “Qubadakı düz göstərmir, biz Xaçmaza getməliyik" demişlər. Xaçmazda həkim-narkoloq Ağakərim Muradxanov sidik müayinəsindən sonra ona heç bir nəticə göstərmədən guya ki, onun narkotik maddə marixuana çətənə bitkisi qəbul etdiyini demişdir. Buna baxmayaraq o, həkimə də etirazını bildirmişdir ki, o, ümumiyyətlə narkotik qəbul etmir. Bütün bunlara baxmayaraq Quba RPŞ YPX əlində heç bir əsas olmadan barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə 22 yanvar 2024-cü il tarixli TP ******* saylı qərar tərtib edilərək, 600 (altı yüz) manat məbləğində cərimə tətbiq ediblər. Qərar SMS vasitəsilə xx.xx.2024-cü il tarixində mobil nömrəsinə göndərilmişdir. Həmin qərarı xx.xx.2024-cü il tarixində əldə etmişdir. Buradan da görünür ki, polis bu qərarı tərtib etməklə qanunvericiliklə müəyyən olunmuş prossesual hərəkətləri pozmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X9 izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilən Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba Rayon Polis X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməli, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “Nissan Sentra” Minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair Xaçmaz rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli, 04 saylı aktdan görünür ki, X6 alınan sidik nümunəsində narkotik maddə marixuana çətənə bitkisi aşkar edilmiş, məcburi müalicəyə ehtiyacı olmaması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli, 492 nömrəli aktından görünür ki, X6 alınan sidik nümunəsində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Göründüyü kimi, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Xaçmaz rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş aktda X6 alınan sidik nümunəsində narkotik maddə marixuana çətənə bitkisi aşkar edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi”nin verdiyi akta əsasən X6 alınan sidik nümunəsində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Yəni, Xaçmaz rayon mərkəzi xəstəxanasının verdiyi aktla X7 narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edib-etməməsi şübhə doğursa da, “Bakı şəhər Narkoloji Mərkəzi”nin verdiyi aktla onun narkotik vasitənin təsiri altında olmaması sübuta yetirilmişdir. Eyni zamanda X7 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsinə görə Quba Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla da hesab edilir ki, Quba Rayon Polis X2 barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərarı əsassızdır, ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba Rayon Polis X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməli, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba Rayon Polis X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-139/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-139/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver