Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-140/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonu, Barlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), evli işləməyən, Quba rayonu, Barlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 09 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(027)-1268/2022 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs 26 iyun 2021 -ci il tarixli MAS-3992 saylı “Daxili lizinq”müqaviləsi üzrəjizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150 manat 53 qəpik əsas,1425 manat 86 qəpik gecikdirilmiş mükafat,42 manat 28 qəpik dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 manat,1078 manat ödənilmiş cərimələr və dövlət rüsumu üçün ödənilmiş 75 manat 94 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində şöbənin icraatına daxil olmuş və borclu Şəxs Quba rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə yaşadığı ünvana bildiriş göndərilmişdir. Başlanılmış icraat zamanı borclu Şəxs icra sənədi üzrə heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Borclu Şəxs Elektron İcra İnformasiya Sistemində tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri yoxlanılmış və Quba rayon Barlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə Quba rayon məhkəməsinə həmin torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında təqdimat göndərilmişdir. Quba rayon məhkəməsinin xx.xx.2022ci il tarixli, 8(027)-712 saylı qərardadına əsasən borclu Şəxs mülkiyyətində olan Quba rayon Barlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs məhkəmə qərarından yayınmaq məqsədi ilə qanunsuz olaraq üzərinə həbs qoyulmuş həmin torpaq sahəsini Quba regional “Asan Xidmət” mərkəzində 11,09.2023-cü il tarixli, 4Ə-2360 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X1 bağışlamışdır. Hazırda borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə heç bir ödəniş etməmişdir. İzahatında da bildirmişdir ki, məhkəmə qərarı üzrə həmin borcu ödəməyəcək. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarı ilə razı deyil, belə ki, maşına görə cəmi iki ay ödəniş edə bilməmişdir. Avtomobili ondan qanunsuz götürmüşlər. Onu İcra və Probasiya şöbəsinə dəvət ediblər, evdə xəstə olduğundan gələ bilməmişdir. Onu iş yeri və əlavə gəlir yeri yoxdur. Borcu hazırda ödəmək imkanı yoxdur. "xxxx" MMC-nə borcu olduğu üçün mülkiyyətində olan daşınmaz əmlakı yoldaşına bağışlamışdır. Məhkəmə protokol tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1268/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq”müqaviləsi üzrə.lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150 manat 53 qəpik əsas,1425 manat 86 qəpik gecikdirilmiş mükafat,42 manat 28 qəpik dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 manat.1078 manat ödənilmiş cərimələr və dövlət rüsumu üçün ödənilmiş 75 manat 94 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Rauf Quliyevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 09 fevral 2024-cü il, saat 14:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 fevral 2024-cü il, saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-140/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-140/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver