Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-140/2025 17.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs1, X3 nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 17-ci mikrarayonda kirayədə yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığları Quba rayonu, Aşağı- Atuc kəndində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qaynanası Zərərçəkmiş şəxs1 və azyaşlı oğlu X4 vuraraq, onlara dərəcəsi təyin olunmayan bədən xəsarəti yerirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X8 izahatında bildirmişdir ki, Quba rayonu Aşağı-Atuc kəndində yaşayan Zərərçəkmiş şəxs1 29 dekabr 2024- cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 14 radələrində yaşadığları evdə aralarında baş vermiş mübahisə zamanı gəlini Şəxs onu və azyaşlı nəvəsi Tunarı döyməsi barədə məlumat verərək, həmin şəxsi cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmçinin Şəxs həyat yoldaşı X5 29 dekabr 2024-cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə, saat 14:00 radələrində yaşadıqları evdə arvadı Şəxs azyaşlı övladları Tunarı döyməsi barədə məlumat verərək həmin şəxsi cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, X11 göstərilən tarixdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qaynanası Zərərçəkmiş şəxs1 və azyaşlı övladı Zərərçəkmiş şəxs2 vuraraq onlara dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Dəyanət Kərimov ilə 2015-ci il tarixdə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların 3 övladları dünyaya gəlmişdir. İlk vaxtlar qaynanası Vacbət ilə münasibətləri normal olsa da, təxminən 2 ilə yaxındır ki aralarında tez-tez mübahisə və münaqişələr baş verir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə, aralarında söz mübahisəsi baş vermiş və mübahisə zamanı qaynanası Vacibət onu döymüşdür. Aralarında mübahisə və dava-dalaş yaşadığları evdə baş vermiş, mübahisə dava-dalaş zamanı həmin yerdə o qaynanası Vacibəti və azyaşlı övladı Tunarı vurmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, X9 onun gəlinidir. Son vaxtlar aralarında tez-tez mübahisə və münaqişələr baş vermişdir. Mübahisənin baş verməsinə səbəb isə onların oğul övladı Tunarın onu çox istəməsi və onunla qalması olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadıqları evdə gəlini ilə aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı gəlini Çiçək onun bədəninin müxtəlif nahiyyələrindən əli ilə vurmuş sonra övladı Tunarı yanına çağırmışdır. Tunar anasının yanına getmədiyinə və onunla qalmaq istəmədiyinə görə anası Tunarın baş nahiyyəsindən əli ilə vurmuşdur. Gəlini Çiçək övladlarına bir ana kimi baxmır, onları döyür, təhqir edir. Mübahisə və dava-dalaş zamanı o gəlini Çiçəyi vurmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi (atası) X5 xx.xx.2024-cü il tarixdə o yaşadığı evə gələn zaman azyaşlı övladı Zərərçəkmiş şəxs2 ona anasının onun baş nahiyyəsindən vuraraq döyməsini bildirmiş, o da övladının döyülməsi barədə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Anası övladlarını döyən zaman o evdə olmadığını, həmin vaxtı anası Vacibətin, arvadı Çiçəyin və azyaşlı övladı Tunarın orada olduğunu izahatında qeyd etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 yanvar 2025-ci il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs oğlunun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 1090 nömrəli, 29 dekabr 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət- sol saidin aşağı 1/3- nin bayır səthində iki yerdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 29 dekabr 2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 1091 nömrəli, 29 dekabr 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət- hər iki gözün ağlı qişasındaqansızma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 29 dekabr 2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 1092 nömrəli, 29 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, X6 bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı övladları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-140/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-140/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver