Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-141/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 342.2.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 fevral 2025-ci il tarixdə saat 10:12 radələrində “Eko” market ərazisində “Mercedes Benz E220 CDİ” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayaraq avtomobilində konstruksiya dəyişikliyi etməyilə onu ittiham etmişlər. Bu cür düşünmələrinə səbəb avtomobilindən gələn səslər olmuşdur. Avtombilini cərimə meydançasına aparmışlar. 06 gün əsassız olaraq avtomobilini cərimə meydançasında saxlamışlar. Avtomobilini çıxararkən ondan 12 manat məbləğində rüsum almışlar. Hadisə baş verdiyi günün səhəri, yəni 06 fevral 2025-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin qanuni tələblərini pozduğuma görə İXP ******* saylı, :xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək, TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 150 manat məbləğində cərimə edilmişdir. Məlumat üçün bildirir ki, “Mercedes Benz E220 CDİ” minik markalı avtomobili dizel markalı olduğundan onu idarə edərkən qeyri-müəyyən səslər əks olunur. Belə ki, avtomobilinin ehtiyyat hissəsi olan “qluşitirində müəyyən boşluqlar olduğundan bir sıra səslərin yaranmasına səbəb olmuşdur. Ona görə də polis əməkdaşları onu saxlayarkən avtomobilində konstruksiya dəyişikliyi etdiyini düşünmüşdülər. Lakin, o polis əməkdaşlarına avtomobilindən “qluşitil”də olan nasazlığa görə səs gəldiyini izah etsə də, onlar onu əsassız yerə məsuliyyətə cəlb etmişdilər. Avtomobili hazırda da həmin vəziyyətdədir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qeyd etmişdir ki, o avtomobildə heç bir konstruksiya dəyişikliyi etməmiş, hətta avtomobili texniki baxışdan keçirmişdir. Buna baxmayaraq əsassız yerə avtomobili 6 gün duracaqda saxladıqdan sonra, əvvəlki vəziyyətində ona geri qaytarılmış və ondan 12 manat rüsum alınmışdı. Düşünür ki, qərar əsassızdır və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qəbzindən də göründüyü kimi, “Mercedes Benz E220 CDİ” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6 gün müddətinə evakuasiya və duracaqda saxlanmasına görə 12 manat xidmət haqqı hesablanmışdır. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; görə sürücülər yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Göründüyü kimi, Quba RPŞ-nin DYPB-nin əməkdaşları X2 məxsus “Mercedes Benz E220 CDİ” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi əsası ilə (akt tərtib edilmədən) duracağa aparılmış, avtomobil altı gün duracaqda saxlandıqdan sonra hər hansı nasazlıq aradan qaldırılmadan və buna görə xidmət haqqı alınmadan avtomobil X2 qaytarılmışdır. Beləliklə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nın 342.2.2-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-141/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-141/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver