Məhkəmə qərarları › İş №3(027)-142/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-142/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-142/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şəxs BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs BOKT MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsindən Şəxs BOKT MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Şəxs BOKT MMC-də keçirilən Yanğın-Texniki Müayinəsi zamanı YTQ 01-2001 6.1-ci və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, protokol tərtib etmiş orqan nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs BOKT MMC-nin nümayəndəsi X2 etiraz ərizəsi təqdim edərək izahatında bildirmişdir ki, X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş Yanğın-Texniki Müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli 27 saylı Qərarı xx.xx.2023-cü il il tarixdə filiala təqdim edilmiş və cari planlı yoxlamanın aparılacağı bildirilmişdir. Həmin qərarın 5-ci bəndində səhfən keçmişdə yoxlamanın keçirilməməsi qeyd edilmişdir. Belə ki, mütamadi olaraq hər ilin əvvəlində qeyd olunan idarə tərəfinədən illik plana uyğun olaraq yoxlamalar keçirilmişdir (sənəd əlavə olunur). xx.xx.2023-cü il tarixdə adı çəkilən idarənin işçiləri filiala daxil olmuş və aparılmış yoxlama nəticəsində güya bir neçə nöqsan və çatışmamazlıqlar aşkar etmişlər və bunula bağlı akt tərtib edilməklə ******* saylı protokol yazılmışdir. Həmin tərtib olunan Akta əsasən 2 nöqsan qeyd edilmişdir. 1-ci nöqsan üzrə elektrik naqilləriinin yoxlanılmasına dair akt tərtib edilmədiyi; 2-ci nöqsan üzrə od söndürən balonların kimyəvi tərkibinin dəyişdirilməməsi qeyd edilmişdir. Aparılmış yoxlamanın nəticəsi olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün filiala heç bir vaxt verilməmiş və dərhal akt tərtib edilmişdir. Halbuki, YTQ № 01-2001 uyğun olaraq YTM-nin aparıması zamanı hər hansı bir nöqsanın aradan qaldırılması məqsədi ilə müəyyən köməkliklər, istiqamət və tövsiyələr vermək, təlimatlandırmaq, həmin idarənin işçilərinin bir başa vəzifə borcudur. Filial işçilərinin bu sahə üzrə bilik və bacarıqlarının lazımlı səviyyədə olmaması yaranmış nöqsanların qısa müddət ərzində aradan qaldırılmasında bir sıra çətinliklər yaradır və bir başa bu sahə üzrə mövcud olan təlimatların mənimsənilməsi və onların əldə edilməsi demək olar ki, filial işçilərinin hüquq və vəzifələrinə aid olmayan bir məsələdir. YTQ № 01-2001-nın (təlimatın) öyrənilməsi, mənimsənilməsi istiqamətində adı çəkilən İdarə işçiləri tərəfindən il ərzində heç bir treninqlər, məşğələlər aparılmamış və bu sahə üzrə yarana biləcək hər hansı bir nöqsanların vaxtında aradan qaldırılması sahəsində köməkliklər və tövsiyələr verilməmişdir. Tərtib edilmiş aktda göstərilən nöqsanlar barədə BOKT adından bildirir ki, 1-ci nöqsan üzrə müvafiq işlərin aparılması məqsədi ilə "xxxx" MMC ilə müqavilə bağlanmış, kabel və naqillərin izolyasiyasının ölçülməsi protokolu tərtib edilmişdir (müvafiq sənədlər əlavə edilir) və həmin nöqsan qısa müddət ərzində aradan qaldırılmışdır. 2-ci nöqsan üzrə binada mövcud olan od söndürən balonların doldurulması 2022-ci ilin mart ayının 18- də aparılmışdır ("xxxx" MMC tərəfindən, sənədlər və baloların şəkilləri əlavə edilir). Həmin balonların zamanət müddəti 12 ay olduğundan bolanların yenidən doldurulma vaxtı, yəni tarixi xx.xx.2023-cü ilə təsadüf edir. Odur ki, od söndürən balonların kimyəvi tərkibinin dəyişdirilməsi (yenidən doldurulması) vaxtına hələ ki, 2 aya yaxın vaxt qalmışdır. Belə qənaətə gəlmək olar ki, aktda göstərilən nöqsan qanunsuz olaraq əsassız qeyd edilmişdir. Bütün bunlara baxmayaraq od söndürən balonlar yenidən doldurulması üçün müvafiq müəssisəyə göndərilmiş və balonların kimyəvi tərkibi yenilənmişdir (Smart Security MMC tərəfindən, sənəd və baloların yeni şəkilləri əlavə edilir). Əlavə olaraq bildirir ki, filialın yerləşdiyi 1 çıxışlı binanın ümumi sahəsi 104 kv.m. təşkil edir. Bu sahədə 1 müdir otaqı, 1 əməliyyat zalı, sanitar otağı və mətbəx mövcuddur. Bu ərazi YTQ № 0 1-2001 -da qeyd olunan müvafiq bəndlərinin tələblərinə və yoxlamanın aparılmasına dair qərarın tərkib hissəsi olan “yoxlama suallarının siyahısı” na uyğun işlər görülmüşdür. Belə ki, filialın yerləşdiyi bina sığortalanmış, od söndürən müxtəlif kimyəvi tərkibli balonlarla, ilkin od söndürmə şarı, yanğın təhlükəsizliyinə aid siqnalizasiya avadanlıqları ilə, yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici və digər müxtəlif işarəedici lövhələrlə təmin edilmişdir. Bu səbəbdən X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş Yanğın-Texniki Müayinənin aparıması haqqında xx.xx.2023-cii ıl tarixli 27 saylı Qərarına əsasən aparılmış planlı yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmamazlıqlarının qısa müddət ərzində aradan qaldırılmasını nəzərə alaraq, tərtib olunan protokolda və aktda qeyd olunanlar İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsinin təsiri altına düşmədiyindən inzibati xətalar haqqında işə xitam verilməklə tərtib olunan protokolun və aktın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs BOKT MMC” şirkətində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023-cü il tarixli KY231878232 nömrəli çıxarışdan görünür ki, Şəxs BOKT MMC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı olması müəyyən edilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli, 027 nömrəli Yanğın texniki müayinə Aktından göründüyü kimi, Şəxs BOKT MMC” şirkətində müayinə aparılarkən aşkar olunmuşdur ki, 1-ci nöqsan üzrə elektrik naqilləriinin yoxlanılmasına dair akt tərtib edilmədiyi, 2-ci nöqsan üzrə od söndürən balonların kimyəvi tərkibinin dəyişdirilməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs BOKT MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, Şəxs BOKT MMC inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs BOKT MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs BOKT MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs BOKT MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs BOKT MMC-nin törətdiyi hüquqpozmanın (YTQ 01-2001 6.1-ci və 10.4-cü bəndlərinin tələbləri) aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsinə və məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar