Məhkəmə qərarları › İş №3(027)-1429/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1429/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1429/2023 16.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X2 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba RPŞ DYPB-nin polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 329.3-cü maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə olunmuşdur. X7 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Yol hərəkəti qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli TP ******* qərarla Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.1ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində saat 21:27-də idarə etdiyi ** FA *** dövlət nömrə nişanlı TOYOTA PRİUS markalı nəqliyyat vasitəsində hərəkətdə olarkən Quba rayonu Qəçrəş yolunun 3-cü kilometrliyində DYP tərəfindən saxlanılmışdır. DYP əməkdaşı tərəfindən alkotestr yoxlanışından keçmişdir. Yoxlanış zamanı guya onun spirtli içki qəbul etməyi müəyyən edildi. Halbuki, o, spirtli İçki qəbul etməmişdir. Spirtli içki qəbul edibetməməyini aydınlaşdırmaq məqsədilə DYP əməkdaşına həkim müayinəsindən keçirilməyini tələb etsə də buna əhəmiyyət verilmədi. Alkotestrla yoxlasalar da heç bir nəticə olmadı. Onu spirtli içki qəbul etməyi ilə bağlı nə həkim müayinəsinə, nə də polis şöbəsinə dəvət edilmişdir. O, onlardan ayrılıb nəqliyyat vasitəni sürüb oradan uzaqlaşdı. Bundan iki gün sonra 24 aprel tarixində o, cərimə olunmağı barəsində məlumat əldə etmişdir. Ancaq qeyd olunan cərimə məbləği ilə razılaşmır. Spirtli içki qəbul etməmişdir. Buna görə də Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddəsinin tələbini pozmamışdır. O, nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmişdir. Hesab edir ki, onun törətdiyi İnzibati xəta Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 334.1-ci maddəsinin tələblərini pozmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X7 məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, hazırki şikayətə X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs Quba RPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21-27-də X7 TOYUOTA PRİUS minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından düzgün istifadə etmədiyinə görə onu saxlamış, həmin vaxt Dilbər Məmmədovanın avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. X1 zaman sərxoş olmasını özü də etiraf etmişdir. Bu hal polis əməkdaşlarına təhkim edilmiş yaxa kamerasının video görüntülərdə öz əksini tapır. Həmin görüntünü CD diskə köçürülmüş əksini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin yol patrul xidməti əməkdaşı X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21-27-də X7 TOYUOTA PRİUS minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin sol farası işləmədiyinə görə saxlamışlar. Həmin vaxt Dilbər Məmmədovanın avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuş, içkili olmasını özü də etiraf etmişdir. Özünun təklifi ilə Səxavət (ayıq sürücü) adlı şəxsi çağırıb maşını sürmək üçün ona vermişlər. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 329.3-cü maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Protokolu tərtib edən şəxsi və şahidi dinləyib iş materiallarını araşdırıb, video görüntüyə baxaraq işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 334.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 334.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar