Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-143/2024 23.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs Füzuli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonu İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşqul olan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən “Körpü” restoranının qarşısında aralarında olan münaqişə zamanı qohumu Zərərçəkmiş şəxs üz nahiyəsinə yumuruqla vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən “Körpü” restoranının qarşısında aralarında olan münaqişə zamanı qohumu Zərərçəkmiş şəxs üz nahiyəsinə yumuruqla vurmuş, onun sol əlinə xəsarət yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Quba rayonu 1-ci Nügədi kənd sakini Zərərçəkmiş şəxs Füzuli oğlu onun uzaq qohumudur və aralarında pulla bağlı narazılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Anar ona zəng edərək görüşmək istədiyini demiş, o, Anarla aralarında olan məsələsini aydınlaşdırmaq üçün görüşəcəyini demiş, sonra o, Qaraçay kəndində yerləşən “Körpü” restoranına yaxınlaşıb Anarı gözləmişdir. Saat 09:00 radələrində Anar “Hundai” markalı avtomobillə yaxınlaşmış, həmin vaxt o, restoran ərazisində olmuş, Anar ora yaxınlaşdıqdan sonra anidən avtomobili üzərinə sürmüş, avtomobilin ön buferi ayaqlarına dəymiş və o, yerə yıxılmışdır. Sonra Anar maşından düşmüş və onun üstünə gəlmiş və əynində olan gödəkcənin sağ cibindən “rezak”la gödəkçəsini cırmış, o, özünü müdafiə edərək yumruq atmış, sonra Anar rezakı ona tərəf bir neçə dəfə atmış, o, Anarı bir daha vurmuş, daha sonra Anar rezakı bir daha atmaq istəyəndə o, Anarın əlini tutmağa çalışmış və sonra əlinin kəsildiyini, qan gəldiyini görmüşdür. Anar maşınla uzaqlaşmışdır. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Füzuli oğlu izahatında bildirmişdir ki, Şəxs onun uzaq qohumudur. Təxminən 2023-cü ilin noyabr ayının əvvəlində Elşən Quba rayonu Qaraçay kəndində aparılan tikinti işlərində fəhlə kimi onu işə götürmüş, 1 həftə sonra əmək haqqını verəcəyini demişdir. Daha sonra o, Elşənin yanından işdən çıxmış və işlədiyi müddətdə Elşəndən ümumilikdə 210 manat pul almışdır. Sonra aralarında pula görə problemlər yaranmış, telefonda bir neçə dəfə mübahisə etmişlər. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində həyat yoldaşı X1 onun Sahilə haqqında nalayiq ifadələr işlətdiyini dediyini bildirmiş, o, əsəbləşib Elşənə zəng edərək onunla görüşmək istədiyini demişdir. Elşən onu Qaraçay kəndində “Körpü” restoranının qarşısında gözləyəcəyini demiş, o, etibarnamə ilə idarə etdiyi “Hundai” Elantra markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçay kəndinə getmiş, yolda olarkən Elşəni qorxutmaq məqsədilə maşında olan rezakı cibinə qoymuş, “Körpü” restoranının qarşısına çatdıqda Elşəni görüb əsəbləşdiyi üçün maşını onun üzərinə sürmüş və maşının ön buferi Elşənə dəymişdir. Elşən yıxılmış və ayağa durduqda rezakı Elşənə tərəf uzatmış, Elşən dala çəkilmişdir. Sonra Elşən onun üz nahiyəsinə yumruqla vurmuş, o, təkrar rezakı Elşənə tərəf uzatmışdır ki, Elşən geri çəkilsin, Elşən onun üz nahiyəsinə bir daha yumruqla vurmuşdur. Sonra Elşən onun əlindən rezakı almağa çalışmış, həmin vaxt ehtiyatsızlıqdan rezak Elşənin əlini kəsmişdir. Elşənin əlindən qan gəldiyini görüb o, maşınına oturub oradan uzaqlaşmışdır. Ərizə təqdim edərək barışdıqları üçün Elşəndən şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 1023 nömrəli, 21 dekabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Füzuli oğlunun məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 31 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Zərərçəkmiş şəxs Füzuli oğlunun və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Əmək və Əhalinin SMN yanında DƏMX-nin Bakı şəhər idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-143/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-143/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver