Məhkəmə qərarları › İş №3(027)-1430/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1430/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1430/2023 12.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-540/2020 saylı və xx.xx.2015-ci il tarixli 2(027)-427/2015 saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən 08 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment Şəxs tutularaq, X3 verilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-427/15 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq tələbkar Xalidova (ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Borclu Şəxs hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borcluların bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olubolmaması yoxlanılmışdır. Borcluların gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. iş üzrə borclu Şəxs tərəfindən bu günkü tarixə qədər aliment üzrə tələbkarın xeyrinə 7600 manat məbləğində ödəniş olunmuş, hazırda 4400 manat aliment borcu mövcuddur. Digər əmlak tələbinə dair icra sənədi üzrə əmlaklar qismən tələbkara təhvil verilmiş, hazırda borclu tərəfindən tələbkara təhvil verilməmiş 2800 manat məbləğində əmlakların dəyəri ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 540/2020 saylı icra sənədinə əsasən ondan hər ay 300 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Quba rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli icra sənədinə əsasən 2800 manat əmlakların dəyəri ondan alınmalıdır. O, bildirmişdir ki, hazırda aliment borcundan 2500 manat məbləğində ödəniş etmişdir. Tezliklə 1000 manat ödəyəcəkdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcundan 2500 manat məbləğində ödəniş etmişdir. Qalan məbləği də Şəxs azadlıqda qalarsa ödənilməsini təmin edə biləcəkdir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-540/2020 saylı icra sənədinə əsasən ondan hər ay 300 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Quba rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli icra sənədinə əsasən 2800 manat əmlakların dəyəri ondan alınmalıdır. O, bildirmişdir ki, Şəxs aliment borcundan 2500 manat məbləğini ödəmiş qalan borcu isə ödəməmişdir. Şəxs həbs edilməsini istəmir. Belə ki, Şəxs azadlıqda qalıb ona olan borcunu ödəməsini istəyir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1(027)-540/2020 saylı icra vərəqəsindən görünür ki, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz manat) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2(027)-427/2015 icra vərəqəsindən görünür ki, Cavabdeh Şəxs Əlibala oğlundan cehiz əmlakı mebel-şfoner, taxt, termo stulu ilə birlikdə; 7200 manat dəyərində 2 ədəd tumba, kamot, qorka, bar, stol, 6 ədəd stul, 2 ədəd kreslo; 300 manat dəyərində 2 ədəd pəncərə və 1 qapı üçün pərdə; 10 manat dəyərində lambir 6 metrə; 100 manat dəyərində 1 ədəd xalça; 110 manat dəyərində 1 ədəd çilçıraq; 800 manat dəyərində 1 ədəd nootbuk; 550 manat dəyərində - yemək servizi (1 ədəd supnik, 12 ədəd xörək boşqabı, 12 ədəd kabab boşqabı, 12 salat boşqabı, 12 ədəd kasa, 2 ədəd aş buludu, 2 duz qabı, 2 ədəd salfet qabı, 1 ədəd qaşıq), çay servizi (12 ədəd çaşka-nəlbəki, 1 ədəd çaynik, 1 ədəd qənd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd tort boşqabı və 12 ədəd balaca boşqab), qəhvə servizi (12 çəşka-nəlbəki, 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd sud qabı, 12 ədəd balaca qaşıq); 70 manat dəyərində - xrustal vaz gümüş ayaqlı; 20 manat - dəyərində 2 ədəd xrustal vaz; 6 manat dəyərində - 2 ədəd xrustal külqabı; 39 manat dəyərində -1 ədəd gümüş saat; 150 manat dəyərində - 1 dəst yemək servizi 3 predmet: 12 xörək boşqabı, 12 salat boşqabı, 12 əddə kabab boşqabı, 2 ədəd salfet qabı, 2 duz qabı 6 ədəd piyalə, 2 aş buludu; 28 manat dəyərində - 12 ədəd xrustal armudu stəkan; 15 manat dəyərində - 6 ədəd bagema bakal; 10 manat dəyərində 2 ədəd xrustal qənd qabı; 10 manat dəyərində - 1 ədəd dəm çayniki qara zərli; 10 manat dəyərində - 12 ədəd razetka, 12 ədəd nəlbəki armudu stəkanla; 4 manat dəyərində ədəd duz qabı xrustal; 5 manat dəyərində 6 ədəd duz qabı qara zərli; 40 manat dəyərində - 1 ədəd qaşlı qara qrafmka dəsti; 50 manat dəyərində 2 ədəd gecə işığı ananas formalı; 50 manat dəyərində 2 ədəd gümüş lotka; 100 manat dəyərində - 1 dəst çəngəl, qaşıq çamadan; 20 manat dəyərində - 1 dəst xrustal qrafinka 6 stəkanı ilə birlikdə; 20 manat dəyərində - 3 ədəd padnos; 30 manat dəyərində - 2 ədəd xrustal vaz; 5 manat dəyərində 2 ədəd salfet qabı; 10 manat dəyərində 2 ədəd qara vaz peçenye qabı; 50 manat dəyərində 2 ədəd ağ qaşlı mərtəbəli vaz yarpaq formasında; 30 manat dəyərində - 1 ədəd iri ağ vaz; 10 manat dəyərində - 1 dəst çay servizi; 15 manat dəyərində - 6 ədəd qara qaşlı bakal; 15 manat dəyərində - 6 ədəd çay servizi çəhrayı rəngli; 10 manat dəyərində - 6 ədəd çay servizi, 10 manat dəyərində - ədəd çaynik; 10 manat dəyərində - 1 ədəd şərbət qrafinkası; 20 manat dəyərində - 1 ədəd bagema güldan; 15 manat dəyərində - 2 ədəd şam qabı gümüş; 12 manat dəyərində - 1 ədəd göz muncuğu ağac; 18 manat dəyərində - 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 12 ədəd çay qaşığı, 2 ədəd aş qaşığı; 30 manat dəyərində - 6 ədəd xrustal rumka; 15 manat dəyərində - 2 ədəd qara qab (madonna aş buludu); 10 manat dəyərində - 2 ədəd xrustal qənd qabı; 50 manat dəyərində - 1 ədəd xrustal güldan; 26 manat dəyərində - 2 ədəd yaşıl bagema konfet qabı; 24 manat dəyərində -1 ədəd qara güldan gülü ilə birlikdə; 18 manat dəyərində -1 ədəd suvenir fil; 25 manat dəyərində 1 ədəd gül suvenir (ağ-qara); 9 manat dəyərində - 1 ədəd xrustal tort vazı; 6 manat dəyərində - 1 səbət gül; 6 manat dəyərində - at mücrü suvenir; 'i elekrtik əşyaları: 25 manat dəyərində - 1 ədəd ütü; 40 manat dəyərində - 1 ədəd sok çəkən; 130 manat dəyərində - 1 ədəd ət çəkən; 80 manat dəyərində - 1 ədəd tozsoran; 130 manat dəyərində -1 ədəd mikrovalnovka; 35 manat dəyərində -1 ədəd mikser; 30 manat dəyərində - 1 ədəd ütü altı; 70 manat dəyərində - 1 ədəd sandıq; 150 manat dəyərində - nikel termometrli qazan dəsti; 25 manat dəyərində - 1 ədəd tefal tava; 25 manat dəyərində - 1 ədəd aş qazanı tefal; 15 manat dəyərində - 1 ədəd tefal çaynik; 100 manat dəyərində - 1 dəst - 5 ədəd şirli qazan dəsti; 14 manat dəyərində - 1 ədəd şirli çaydan; 15 manat dəyərində - 1 bıçaq dəsti; 15 manat dəyərində - kuxna dəsti; 3 manat dəyərində - 12 ədəd meyvə bıçağı; 25 manat dəyərində - 2 ədəd şirli xəmir yoğuran qab; 8 manat dəyərində - 2 plastmas ləyən, vanna; 12 manat dəyərində - 1 ədəd nikel farş; 4 manat dəyərində - 1 ədəd süzək; 5 manat dəyərində - xəkəndaz; 5 manat dəyərində - 12 ədəd asıqlan; 6 manat dəyərində pol vedrəsi; 24 manat dəyərində - şirli vedrə qapaqlı; 50 manat dəyərində - 1 buxovu adyal; 80 manat dəyərində - dəvə yunundan yorğan; 6 manat dəyərində - 1 ədəd nazik adyal; 200 manat dəyərində - 1 ədəd pakrıval, 2 ədəd yastıq üzü; 250 manat dəyərində - 1 dəst taxt döşəyi; 80 manat dəyərində -1 dəst taxt yorğam; 150 manat dəyərində - 2 dəst tək döşək; 100 manat dəyərində - 2 dəst tək yorğan; 40 manat dəyərində - 3 ədəd nalça; 12 manat dəyərində - 2 ədəd balınc; 100 manat dəyərində - 4 ədəd böyük yastıq; 100 manat dəyərində - 12 ədəd əl dəsmalı; 40 manat dəyərində - 24 ədəd çay dəsmalı; 100 manat dəyərində - 7 ədəd qətvə; 300 manat dəyərində - 7 ədəd pastel; 20 manat dəyərində - 4 ədəd yastıq üzü; 150 manat dəyərində - 7 ədəd skater; cəmi 12955 manat dəyərində cehiz əmlakı, qızıl-zinət əşyaları toy zamanı cavabdeh tərəfindən mənə hədiyyə edilmiş dəyəri - 2000 manat dəyərində - 1 cüt qızıl sırğa briliyant qaşlı, 1 ədəd briliyant qaşlı bilərzik, 1 ədəd briliyant qaşlı üzük, və 1 ədəd briliyant qaşlı kolye - ümumilikdə 14955 manat dəyində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq iddiaçı Xalidova (Ömərova) Çimnaz Əlyar qızma verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icra sənədini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar