Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-145/2025 03.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X5 iştirakı ilə Azərbaycan Respublikası Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon PŞ DYPB-nin polis mayoru X2 xx.xx.2025ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməsi, barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 09 fevral 2025-ci il tarixdə səhər saat 09 radələrində idarə etdiyi VAZ-21074 MİNİK markalı avtomaşınla «Əli Ticarət» Mərkəzinin arxasındakı küçə ilə quru, günəşli hava şəraitində işə gedərkən, heç bir qayda pozuntusuna yol vermədiyi halda, Heydər adlı YPX inspektoru, polis serjantı avtomaşınını saxlamış və onu avtomaşından düşürərək YPX avtomaşınına əyləşdirmişlər. Səbəbini izah etmədən birbaşa alkotesterlə onun sərxoş olubolmadığını yoxlamaq istədi, səbəbini soruşanda yalnız bircə «yoxlamalıyam» dedi və yoxladı. Alkotesterin göstəricisinə baxmaq istəmiş, onu da göstərməmiş, görmüş ki, təkid edir, onda 31 yanvar tarixinə qeydə alınmış, kiminsə bir başqa şəxsin göstəricisini göstərmişdir. Etiraz etmiş, onda bildirdi ki, ya cərimə yazacaq, ya da ki, DYPB-nin inzibaati binasına getməli olacaqlar, orada mübahisəli vəziyyət aydınlaşdırılacaq. Başqa çarəsi qalmadığı üçün, avtomaşını ilə birlikdə Heydər məni DYPB-nə getmişdir. Burada o, ondan 300 manat pul istəmiş, soruşmuş ki, axı niyə, günahı nədir? Həkim müayinəsini tələb etməsinə baxmayaraq, onu həkim müayinəsinə də aparmadılar. Onda qərara gəlmiş ki, həkim müayinəsinə özü gedəcəkdir və Quba rayon X4 kabinetinə gəlmiş müayinədən keçmiş, müəyyən olundu ki, tam ayıq vəziyyətdədir, heç bir sərxoşluq əlaməti yoxdür. Bu barədə həkim müayinə protokolunu da götürmüşdür. Qeyd etmək istəyir ki, hələ müayinədən keçmək üçün xəstəxanaya gedərkən yolda telefonuna SMS gəldi ki, guya o, sərxoş olduğu üçün 400 manat cərimə olunmuşdur. Həm də polis əməkdaşları çalışırdılar ki, o, Quba rayon Mərkəzi Xəstəxanasında deyil. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçsin, səbəbini isə indi də bilə bilməmişdir Məhkəmə iclasında şikayət verən X6 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə edərək inzibati xəta 08:55-də aşkara çıxarılmaqla, Quba Rayon Mərkəz Xəstəxanasında saat 13:25-də müayinə olunmasını inspektor tərəfindən ləngidildiyi ilə izah etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan DİN DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, həmin gün saat 13:25-də X6 oğlunda alkoqol sərxoşluq vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, saat 09:44 radələrində xüsusi texniki vasitə ilə alkoqolun miqdarını müəyyən edən yoxlanma nəticəsindən göründüyü kimi, X6 oğlunun müayinəsi zamanı alkoqolun miqdarı 0.63% müəyyən olunur. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X6 xx.xx.2025-ci il tarixli, saat 09:44 radələrində iki şüşə pivə içdiyini etiraf edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasənNəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Təqdim edilmiş inzibati araşdırma görüntülərində X1 içki içdiyini etiraf edir və xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etmir. Habelə, məhkəmə hesab edir ki, inzibati xəta 08:55-də aşkara çıxarılsa da, X6 öz təşəbbüsü ilə 4 saat sonra Quba Rayon Mərkəz Xəstəxanasında müayinə olunmasını əsaslandıra bilməmişdir və həmin müddətdə alkoqolun konsentrasiyasının azalması istisna olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X5 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrilə inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə X5 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-145/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-145/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver