Məhkəmə qərarları › İş №3(027)-1459/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1459/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1459/2023 21.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11, İcra işi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3, Onun müdafiəçisi X8 iştirakı ilə xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati m ü ə y y ə n e t d i: MN ******* nömrəli 21 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X1 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2-6/2003 saylı icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2-6/2003 saylı icra vərəqəsinə əsasən xx.xx.1996-cı ildə doğulmuş X6 və xx.xx.1998-ci ildə doğulmuş X7 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2002-ci il tarixdən X2 aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. X2 illik alimentin 2%-i miqdarında dövlət rüsumu alınmalıdır. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu X3 aliment üzrə hal-hazırda 9180 manat borcu mövcuddur. Brəsində axtarış verilməklə 21 iyun 2023-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, həmin borcu ödəməyə imkanı yoxdur, yaşadığı fərdi yaşayış evin 0.10 ha torpaq sahəsinin övladının adına rəsmləşdirməklə borcunu ödəyə bilər. Maddi imkanı olmadığından digər qaydada aliment borcunu ödəyə bilmir. Əlavə edərək 20 iyun 2023-cü ildə polis əməkdaşları tərəfindən saxlandığını və 21 iyun 2023-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə gətirildiyini bildirmişdir. Məhkəmə iclasında (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Laçın Xəlfəyev məhkəmə qətnaməsilə müəyyən edilmiş aliment borcundan bu günə kimi 1100 manat ödəniş etmişdir. Hal-hazırda 9180 manat aliment borcu vardır. Aliment pulu uşaqlarının maddi təminatını qarşılamaq üçün müəyyən olunmuşdur və o borcun tam ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. X3 əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2-6/2003 saylı icra vərəqəsinə əsasən xx.xx.1996-cı ildə doğulmuş X12 və xx.xx.1998-ci ildə doğulmuş X7 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2002-ci il tarixdən X2 aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməsi və X2 illik alimentin 2%-i miqdarında dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən göründüyü kimi, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2-6/2003 saylı icra sənədi xx.xx.2020-ci il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə X4 bildiriş göndərilmiş və müvafiq imza edərək bildirişi qəbul etmişdir. Məhkəmə hesab edir ki, borclu X3 yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu X9 tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və dəfələrlə borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. İcra sənədi üzrə ödənilməmiş borc məbləği vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 20 iyun 2023-cü il, saat 18:00-dan hesablanmalıdır. Belə ki, X5 izahatında axtarış barədə qərar əsasında 20 iyun 2023-cü il, saat 18:00-da faktiki saxlandığını bildirmiş və əksini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 iyun 2023-cü il, saat 18:00-dan hesablansın. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən X3 hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar