Məhkəmə qərarları › İş №3(027)-146/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-146/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-146/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-nin, İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1594135-163 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Şəxs barəsində Quba RPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında icraat başlanılmışdır. Həmin protokollarda göstərilir ki, Şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində Quba şəhəri, ərazisində qanunsuz olaraq narkotik vasitə, marixuanadan istifadə etmişdir. Eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində avtomaşını sərxoş vəziyyətdə idarə etməklə, «X6» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair işə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-141/2023 №li və 3(027)-146/2023 №li iş bir icraatda 3(027)- 141/2023 nömrə ilə birləşdirilərək icraata qəbul edilməli və tərəflərin iştirakı ilə dərhal baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair işə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-141/2023№li və 3(027)-146/2023 №li iş bir icraatda 3(027)-141/2023 nömrə ilə birləşdirilsin və icraata qəbul edilərək və tərəflərin iştirakı ilə dərhal baxılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar