Məhkəmə qərarları › İş №3(027)-146/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-146/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-146/2025 21.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən Şahin Manafovun, Zərərçəkmiş şəxs oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixində Tap.az saytında tapdığı “İphone 11 pro” markalı mobil telefonu almaq üçün "xxxx" ASC kart hesabına 300 manat pul göndərmiş lakin, Şəxs tərəfindən ona qarşı dələduzluq edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X1 izahatında bildirmişdir ki, Quba rayonu, Timiryazev kəndində yaşayan Zərərçəkmiş şəxs oğlu xx.xx.2024-cü il tarixdə kassir işlədiyi “Top.az” mərc oyunları yerində Ayaz adlı şəxsin onun etibarından sui istifadə etməklə 200 manat pulunu dələduzluq yolu ilə taladığını və Elvin Mustafayevə 200 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Tap.az saytında tapdığı “İphone 11 pro” markalı mobil telefonu almaq üçün "xxxx" ASC kart hesabına 300 manat pul göndərmiş lakin, Zərərçəkmiş şəxs telefonu satmamışdır. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində “Tap.az” sosial şəbəkəsində telefon elanlarına baxdığı zaman İphone 11 Pro markalı telefonun 350 manat paylaşılmasını elanını görmüş və ona maraqlı gəldiyi üçün həmin elanı paylaşmış ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin zaman “Vatsap” ani mesajlaşma şəbəkəsində həmin nömrə sahibi ilə mesajlaşdığı zaman özünü Şəxs kimi təqdim edən şəxs ondan həmin mobil telefonu əldə etməyi müqabilində "xxxx" ASC-yə aid olan 4169 7388 9179 2065 saylı kart hesabına 300 manat pul göndərməli olduğumu bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində mobil telefonuna olan “Birbank” tətbiqi vasitəsi ilə 250 manat, həmin tarixdə, saat 14 radələrində isə özünə məxsus olan "xxxx" ASC 4169 7388 0469 4309 saylı kart hesabından 50 manat pulu da göndərmişdir. Aralarında olan razılaşmaya əsasən həmin şəxs ona “İphone 11 Pro” markalı mobil telefonu kuryer vasitəsi ilə çatdırmalı olmuşdur. Lakin sonuncu vədinə əməl etməyərək onu aldatmışdır. xx.xx.2025-ci il tarixdə ilkin olaraq 250 manat, bir saat sonra yenidən 50 manat Birbank tədbiqi vasitəsilə yuxarıda qeyd etdiyi kart hesabına pul göndərmişdir. Ümumilikdə 300 manat pul göndərmişdir. Buna baxmayaraq, Tural ona dəyən ziyanı ödəmişdir və buna görə ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd edilən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar