Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1461/2023 10.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə X4 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.3-cü maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPBnin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.3-cü maddələril başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Polis Şöbəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən barəsində 07 aprel 2023-cü il tarixdə, saat 02:15 radələrində Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində “Opel Astra” minik markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı 500 manat məbləğində cərimə edilmişdir. O qeyd edilən qərarla razılaşmır. Belə ki, eyni inzibati xəta hadisəsi ilə bağlı Quba Rayon Məhkəməsinin 3(027)-512/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Əgər Quba rayon Polis şöbəsi hesab edirsə ki, eyni vaxtda Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, İXM-nin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta da törədilmişdir, onda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən həmin xətalara eyni gündə səlahiyyətləri daxilində Quba Rayon Məhkəməsi tərəfindən baxılaraq qərar qəbul edilməli idi. Belə ki, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi, həm də 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə işlərə baxmağa səlahiyyəti Quba rayon Polis şöbəsinə aid olsa da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 34.2, 34.3 və 43.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin işlərə Quba Rayon Məhkəməsində baxılmalı idi. Hal-hazırda mübahisələndirdiyi inzibati xəta haqqında qeyd edilən fakt üzrə Quba Rayon Məhkəməsi tərəfindən 07 aprel 2023-cü il tarixli, 3(027)-512/2023 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa, hazırda mübahisələndirdiyi qərarda 07 aprel 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokol əsasında qərarın qəbul edilməsi qeyd edilmişdir. Bununla da yuxarıda sadaladığı hüquq pozuntularından əlavə, qərar qəbul edən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci və 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə də əməl edilməmişdir. Yuxarıda qeyd etdiyi hallardan da göründüyü kimi, Quba Rayon Polis Şöbəsinin polis kapitanı X1 tərəfindən 07 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt 135-ci üzrə inzibati tənbeh etmək haqqında Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 3(027)-512/2023 saylı qərarının olması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə riayət edilməməsi və qərar qəbul edilərkən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları olduğundan həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X6 ərizəsinin məzmununa uyğun izahat vermiş və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün Quba RPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə **-SH-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobillə hərəkətdə olarkən, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İş materiallarında olan AF 321877 seriyalı sürücülük vəsiqəsinin surətindən göründüyü kimi, həmin sürücülük vəsiqəsi xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X5 verilmişdir. İş materiallarında olan ƏN- 251459 nömrəli etbarnamənin surətindən göründüyü kimi, X2 məxsus **-SH-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin X5 xx.xx.2028-ci il tarixinədək idarə etmək üçün etibarnamə verilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Xaçmaz RQİ və TBŞ-nin 06 iyul 2023-cü il tarixli məktubundan göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı əsasında X4 “B”dərəcəli sürücülük hüququ 06 ay müddətinə məhdudlaşdırılmış və müddət bitdiyi üçün xx.xx.2022-ci ildə sürücülük vəsiqəsini təhvil almışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarının surətindən göründüyü kimi, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək və AR İXM-nin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 07 aprel 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunarkən X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və inzibati məsuliyyət müəyyən edən qanun normasının düzgün tətbiq edilməmiş və Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə məsuliyyətə cəlb olunmuşdur. Belə ki, X4 “B” kateqoriyalı sürücülük hüququ Quba Rayon Məhkəməsinin qərarı ilə 06 ay müddətinə məhdudlaşdırılsa da, müəyyən olunmuş müddət bitdiyi üçün xx.xx.2022-ci ildə sürücülük hüququ bərpa olunmaqla vəsiqəsini təhvil almışdır. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsilə işə Quba Rayon Məhkəməsində baxılmalı olması ilə bağlı dəlilinə qiymət verərək məhkəmə bildirir ki. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə də aid edilmişdir. Məhkəmə hesab edir ki, X4 İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.3-cü maddələrinə əsasən TP ******* saylı bir inzibati qərar qəbul olunduğundan və qərar İXM 329.3-cü maddəsilə bağlı hissədə mübahisələndirilsə də, həmin hissədə qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, qeyd edilən qərar İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddə ilə bağlı hissədə ləğv edilməli və həmin hissədə baxılmaq üçün inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməli, beləliklə də şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətlə Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 329.3-cü maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı 334.1-ci maddə ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1461/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1461/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver