Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1466/2023 07.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, xx xxxxx 1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs içməli məişət, və tullantı sularınını kənara təyinatsız axıtmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs və Bakı şəhər Qaradağ RPİ -nə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqıda iş üzrə icraata aparılann Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs inzibati araşdırma zamanı verdiyi izahatından göründüyü kimi, işlətdiyi kafenin arxasından çıxan suların axıdılması üçün qazdığı quyular "Mədəniyyət evi"nin həyəti icarəyə götürülənədək qazılmışdır və həmin sahəni özəlləşdirən şəxsə dəfələrlə çirkab su quyularından birlikdə istifadə etmələrini təklif etsə də, qane olmadığından barəsində şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd edilən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Quba rayon Polis şöbəsi tərəfindən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 03 may 2017-ci il tarixli Fərmanının 20-ci bəndinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Qeyd edilən Qərardan göründüyü kimi, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Beləliklə də, Şəxs barəsində qeyd edilən maddə ilə daxil olmuş inzibati xəta materialı üzrə onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan, yəni səlahiyyətli olmayan şəxs tərəfindən tərtib olunmuş protokoldan istifadə edildiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-cı maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-cı maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla belə həmin maddə ilə məsuliyyətə cəlb etmə müddəti ötmədiyindən, materiallar müvafiq protokol tərtib edilməsi üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilməlidir. Belə ki, ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-cı maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti ötmədiyindən, material Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli Fərmanının 20-ci bəndinə əsasən protokol tərtib edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1466/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1466/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver