Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-150/2022 22.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 18.02.2022-ci il tarixli qərarla vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarlarda göstərilir ki, Şəxs X2, X1 və qeyrilərindən, cəmi 15 nəfərdən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə aldığı pulları "xxxx" ASC-nin xəzinəsinə mədaxil etməyərək, mənimsəmə yolu ilə özgənin əmlakını talamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-143/2022 №li, 3(027)-144/2022 №li, 3(027)- 145/2022 №li, 3(027)-146/2022 №li, 3(027)-147/2022 №li, 3(027)-148/2022 №li, 3(027)- 149/2022 №li, 3(027)-150/2022 №li, 3(027)-151/2022 №li, 3(027)-152/2022 №li, 3(027)- 153/2022 №li, 3(027)-154/2022 №li, 3(027)-155/2022 №li, 3(027)-157/2022 №li işlər bir icraatda 3(027)-159/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-143/2022 №li, 3(027)-144/2022 №li, 3(027)-145/2022 №li, 3(027)- 146/2022 №li, 3(027)-147/2022 №li, 3(027)-148/2022 №li, 3(027)-149/2022 №li, 3(027)- 150/2022 №li, 3(027)-151/2022 №li, 3(027)-152/2022 №li, 3(027)-153/2022 №li, 3(027)- 154/2022 №li, 3(027)-155/2022 №li, 3(027)-157/2022 №li işlər bir icraatda 3(027)- 159/2022 nömrə ilə birləşdirilsin. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-150/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-150/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver