Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-151/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Quba rayon İİ Nügədi kəndində 01 ədəd dovşan vuraraq, ov qaydalarını pozmuşdur. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN 1594173-172 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixli Quba RPŞ-nin 197 nömrəli şəhadətnamə ilə özünə məxsus “Toz” markalı, 16 çaplı, 15319 nömrəli qoşalüləli ov tüfəngi ilə evinin yaxınlığındakı dağlıq ərazidə 1 (bir) ədəd çöl dovşanı vurmuşdur. xx.xx.2021-ci il tarixdə 5923 nömrəli ovçuluq bileti almışdır. Ov icazəsi alaraq ovçuluqla məşğul olur. Lakin 2023-cü il tarixdə ov icazəsi almadan 01 ədəd dovşan ovlamışdır. İnzibati xəta törətdiyini etiraf edir, əməlindən peşmandır, maddi vəziyyəti ağırdır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti götürülmüş bir ədəd 15319 nömrəli, Toz markalı, 16 çaplı, qoşa lüləli ov tüfəngi ilə birlikdə Quba RPŞ-nin İTB-na verilmişdir. İş materiallarından görünür ki, Şəxs götürülmüş bir ədəd 15319 nömrəli, Toz markalı, 16 çaplı, qoşa lüləli ov tüfənginə dair Füzuli Abiyevin 24 aprel 2020-ci il tarixli, 197 nömrəli şəhadətnaməsi vardır. İş materiallarından həmçinin görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə 5923 nömrəli ovçuluq bileti almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsilə təqsirli bilinib, barəsində altı ay müddətə ov hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Quba Rayon Polis Şöbəsində saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş, 197 nömrəli şəhadətnaməyə əsasən Şəxs məxsus “Toz” markalı, 16 çaplı, 15319 nömrəli qoşalüləli ov tüfəngi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31,114-115, 117 və 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə təqsirli bilinib, altı ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Quba Rayon Polis Şöbəsində saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş, 197 nömrəli şəhadətnaməyə əsasən Şəxs məxsus “Toz” markalı, 16 çaplı, 15319 nömrəli qoşalüləli ov tüfəngi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-151/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-151/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver