Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-152/2023 05.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada işləyən, ailəli, Abşeron rayonu, Məmmədli Ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş DYP İdarəsinin YPX Alayından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixində, saat 10:31-də “FORD TRANSİT TOURNEO yük” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən DİN-nin Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs DİN-nin Baş DYP İdarəsinin YPX Alayının inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində, saat 10:31-də “FORD TRANSİT TOURNEO yük” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən cəriməsi olduğundan avtomobil saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona elan olunmuş inzibati xətada özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “FORD TRANSİT TOURNEO yük” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qohumuna məxsusdur. Saxlanılmamışdan əvvəlki gecə saatlarında spirtli içki qəbul etmişdir. Həmin avtomobildə ödənməmiş cərimə olduğu üçün yoxlanılmış və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün Quba rayon X4 Polis əməkdaşları tərəfindən saxlanılmışdır. Alkotestrdən yoxlama zamanı spirtli içki qəbul etdiyi məlum olmuş və protokol tərtib edilmişdir. Təqdim olunmuş 05 fevral 2023-cü il tarixli müayinə nəticələrini əks etdirən çıxarışdan göründüyü kimi, Şəxs alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından qiymət verərək hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. İnzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsilə bağlı hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı və evli olmaqla himayəsində azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 334.1-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi cəzanın məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2, 109- 112 və 113-114-cü, 334.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-152/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-152/2023
05.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver