Məhkəmə qərarları › İş №3(027)-1563/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1563/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1563/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, DİN-nin Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında 25 aprel 2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 25 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 24 aprel 2023-cü il tarixində idarə etdiyi VAZ- 21214 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən yaşadığı Quba rayonu, Susay kəndinə gedən zaman Quba rayonu Uzunmeşə kəndi ərazisində idarə etdiyi avtomobili yol patrul xidməti əməkdaşları saxlamışlar. Ona içkili olubolmadığını soruşmuşlar, o, içkili olmadığını bildirmişdir. Lakin buna baxmayaraq avtomobili Quba RPŞ-pin cərimə meydançasına aparmışlar. Bu zaman o, etiraz etməmişdir. Ailəsi ilə birlikdə maşından düşərək başqa bir avtomobillə yaşadığı Susay kəndinə getmişdir. Səhəri gün Quba RPŞ-nə gəlmişdir. Ondan ötən gün içkili olub-olmadığını bir daha soruşmuşlar, o, içkili olmadığını bildirmişdir. O, polis şöbəsindən çıxan zaman ona cərimə olunmağı barədə sms gəlmişdir. O, həmin günü içkili olmamışdır. Sərxoşluqla bağlı tibbi müayinədən keçməmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan alkotestr nəticələrindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə siprtli içki qəbul etmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Quba rayon, Polis şöbəsinin Yol Polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 329.3-cü maddəsinin tələblərinə riayət etməyərək, işıq cihazlarından və səs siqnallarından istifadə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə qaydalarını pozmuşdur. Ona görə də Quba rayon Polis şöbəsinin Yol Polis bölməsi tərəfindən tərtib edimiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon Polis şöbəsinin Yol Polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar