Məhkəmə qərarları › İş №3(027)-157/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-157/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-157/2023 07.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şabran rayonu, İzmara kəndində qeydiyyatda olan və yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba rayon Polis şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. Bununla bağlı Quba rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhərində yerləşən Xalq bankın qabağında dayanan zaman Laləzar maşınının qapısını açıb onun üzünə tüpürüb qapını çırpıb çıxıb getmişdir. O, başqa yerə getməmişdir. Laləzarın dalınca gedib yolunu kəsmiş, lakin döyməmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhərində yerləşən Xalq bankın qabağında Şəxs məxsus maşını görüb yaxınlaşmış və maşının qapısını açıb ona olan borc pulunu istəmişdir. Tacətdin onu nalayiq söyüşlərlə söymüşdür. O, yolu keçib gedən zaman Tacətdin əvvəl təpiklə ayağından, sonra yumruqla qolundan və boynundan vuraraq xəsarətlər yetirmişdir. Hadisədən bir iki gün sonra polisə şikayət etmiş, xx.xx.2022-ci il tarixdə izahatı alınmış, hadisədən 10 gün sonra ekspertizadan keçmişdir. Şəxslə aralarında üzləşmə olmamış, ümumiyyətlə hadisədən sonra o, Tacətdini görməmiş, sonuncu Rusiyaya getmişdir. Sonda Şəxslə barışmadığını, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini, Şəxs yeri müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə icraat dayandırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 bildirdi ki, Şəxs qaçıb gizlənməmiş, onun daimi yaşayış yeri və daimi iş yeri vardır. Hazırda da işi ilə məşğul olur. Şəxsnun cəlb etmə müddəti keçdiyi üçün barəsində olan işin icraatına xitam verilməlidir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 242 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar olunan xəsarətlər- sağ və sol bazuda, sağ budun 1/3-nin ön səthində qançır küt əşyanın (əylaraın) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 06 aprel 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyində əsasən zərərçəkmiş şəxs X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Habuki, işin faktiki hallarından və tərəflərin izahatından da görünür ki, Şəxs ilə X3 arasındakı mübahisə xx.xx.2022-ci il tarixdə Quba şəhərində 223-cü Atıcı Diviziya küçəsində baş vermişdir. İş materialları ilə ekspert rəyi arasında ziddiyyət yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar