Məhkəmə qərarları › İş №3(027)-158/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-158/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-158/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba şəhəri, Xəqani küçəsi, ev 33-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-997/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-997/2022 saylı icra sənədinə xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-37/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvədə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməli, borclu X7 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, qanuna müvafiq qaydada icraata başlanılmışdır. Tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. “Elektron icra” sistemində borclu, X8 bank hesabları, daşınar-daşınmaz əmlaklarının və rəsmi gəlirlərinin olmaması müəyyən edilmişdir. X1 hal-hazırda 1970 manat məbləğində aliment borcu yaranmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-997/2022-ci il tarixli icra sənədini icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinlə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən imtina etmir. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Daha əvvəlki icra sənədi üzrə az miqdarda borcu olmuş, aliment tutulması barədə yeni icra sənədi üzrə mütəmadi ödənişlər etsə də, atasının xəstəliyi ilə əlaqədar son ödənişlərdə gecikməsi olmuşdur. Hazırda 350 manat ödəniş etmişdir və gələcəkdə də, ödənişləri edəcəyinə söz vermişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o iki uşağı ilə tək yaşayır və işləmədiyindən maddi imkanı ağırdır. Borclu icra sənədi üzrə ödənişlər etsə də, müəyyən gecikmələri olur, ona görə də o uşaqların tələblatlarını ödəməkdə çətinlik çəkir. Daha sonra ərizə təqdim edərək 350 manat aliment məbləğini aldığını bildirmiş və hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 997/2022-ci il tarixli icra sənədinə əsasən 25 aprel 2007-ci il təvəllüdlü X10 və 05 iyul 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)- 37/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi və Şəxs 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilib. İş materiallarına əlavə olunan Şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs hesabına 350 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı hərəkət və hərəkətsizlik müəyyən edilmədiyindən və tələbkar müvafiq ərizə ilə icraata xitam verilməsini xahiş etdiyindən, hazırda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 113, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar