Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-159/2022 22.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X9, Quba rayon prokurorunun köməkçisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X22 iştirakı ilə, xx.xx.1983-cü il təvəllüdlü, Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 18.02.2022-ci il tarixli qərarla vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarlarda göstərilir ki, Şəxs "xxxx" ASC-nin “Şimal” X25 və Satışı İdarəsinin nəzarətçisi-mühəndisi işləyərkən müxtəlif vaxtlarda işıq sərfiyyatına görə borcunu ödəmək üçün X4 50 manat məbləğində, X1 100 manat məbləğində, X15 200 manat məbləğində, X12 60 manat məbləğində, Emralıyeva İlhamə Lətif qızından 160 manat məbləğində, X3 100 manat məbləğində, Yusifov Məmmədrza Əli oğlundan 240 manat məbləğində, X14 200 manat məbləğində, X5 40 manat məbləğində, Hədiyə Aladinovadan 100 manat məbləğində, X19 208 manat məbləğində, X10 86 manat məbləğində, Seymur Teymurovdan 180 manat məbləğində, X11 70 manat məbləğində və Zərərçəkmiş şəxs 250 manat məbləğində aldığı pulları "xxxx" ASC-nin xəzinəsinə mədaxil etməyərək, mənimsəmə yolu ilə özgənin əmlakını talamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, əməlindən peşmandır və bir daha belə əməl etməyəcəyini bildirib ona həbs verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba rayon prokurorunun köməkçisi X2 Tural Rəhim oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə onlara vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Quba rayon prokurorunun köməkçisi X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Əli-zadə Aqil İlqar oğlu tərəfindən qəbul edilmiş 06 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, "xxxx" ASC-dən daxil olmuş müraciət ilə əlaqədar toplanmış 04C-22 saylı material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Pokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmiş, Qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X21 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-159/2022 saylı qərarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuş və tapılanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin axtarışda olan şəxsin yerinin müəyyən edilməsi barədə 22.02.2022-ci il tarixli protokoldan görünür ki, 22.02.2022-ci il tarixli, 560060/22 nömrəli axtarış işi üzrə borclu şəxs kimi axtarılan Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış Quba RPŞ-nə gətirilərək protokol tərtib olunmuşdur. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X38 oğlu tərəfindən X23 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 1 saat üçün 6 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə təqsirli bilinərək, barəsində 40 (qırx) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 22 fevral 2022-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X8 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 1 (bir) iş saatına görə 6 (altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-159/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-159/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver