Məhkəmə qərarları › İş №3(027)-16/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-16/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-16/2024 19.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu barədə Quba RPŞ-nin X4 Bölməsinin əməkdaşı X1 tərəfindən xx.xx.2023cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Qusar şəhərində yaşayır. Quba şəhərində yerləşən X3 kollegində müəllimə işləyir. Özünə məxsus **-NV-*** dövlət nömrə nişanlı Ford Fusion markalı avtomobili var. Həmin avtomobil öz adınadır. Sürücülük vəsiqəsi В kateqoriyalıdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində işdən çıxaraq Quba rayonu Zizik kəndində yerləşən şəhidin evinə gəlirdi. Quba şəhəri istiqamətindən gələrək Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisində Zizik kəndinə sola dönmək istəyən zaman Xaçmaz rayon istiqamətindən, əks istiqamətdən gələn avtomobillərə yol vermiş, motosiklə yol vermədən dönmüş və nəticə də motosikl onun avtomobili ilə toqquşmuşdur. Motosikl onun idarə etdiyi avtomobilin sağ qabaq ön hissəsindən dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə səbəbkar olmuş, qarşı hərəkət zolağından hərəkət edən motosiklə yol verməli olduğu halda hərəkətə başlamış və toqquşma baş vermişdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş Quba RPŞnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Əliyev Rasim oğlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində özünə məxsus **-NV-*** dövlət nömrə nişanlı Ford Fusion markalı avtomobili ilə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu Alekseyevka kəndindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin tələblərini pozaraq qarşı hərəkət istiqamətindən gələn motosiklə yol vermədən düzgün olmayan dönmə əməliyyatını həyata keçirmiş və Zərərçəkmiş şəxs idarə etdiyi 40-A-017 dövlət nömrə nişanlı HAOJUE markalı motosikl ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikasının İXM 327.8-ci maddəsinin tərkibi vardır. Odur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar