Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-160/2022 25.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci il təvəllüdlü, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 14 dekabr 2021-ci il tarixdə saat 15:17 radələrində Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “Ravon Nexia R3” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Quba RPŞnin X7 Bölməsinin əməkdaşı X1 tərəfindən 14.12.2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Quba Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 3(027)-1033/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.1.3-cü maddədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 3(105)-80/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 3(027)-1033/2021 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, barəsində tərtib edilmiş protokolla tanış olmuşdur. O, içkili vəziyyətdə avtomobili idarə etməmişdir. Ümiyyətlə onu avtomobili idarə edərkən saxlamamışlar və alkotester muayinəsindən keçirməmişlər. Barəsində qərar qəbul edərkən bildirdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş Quba RPŞ-nin polis nəfəri X3 bildirdi ki, o, xidmətdə olan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili təhlükəli vəziyyətdə qadağan olunmuş yerdə ötmə əməliyyatı edən zaman saxlanılmışdır. Həmin vaxt sürücünün içkili olub-olmadığını bilməmiş, qadağan olunmuş yerdə ötmə əməliyyatını həyata keçirtdiyi üçün saxlamışdır. Daha sonra alkotestr vasitəsi ilə müayinə olduğu zaman içkili olduğu aşkar olunmuşdur. Məhkəmədə şahid qismində izahat vermiş X2 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəldən tanımamışdır. Sonuncunun gecə saatlarında Quba şəhərində surətlə hərəkətdə olmasının şahidi olmuşdur. Həmin vaxt Şəxs içkili şəxslərin avtomobili idarə etməsinə xas hərəkətlər etdiyini və avomobili təhlükəli idarə edirdi buda qəza şəraitinə səbəb ola bilərdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində eyni anda iki inzibati xətanın yəni, İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 14.12.2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq olunsun. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 14.12.2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-160/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-160/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver