Məhkəmə qərarları › İş №3(027)-1602/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1602/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1602/2023 24.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Quba RPŞ-nin sahə rəisi X5, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Quba RPŞ-nin sahə rəisi X5 18 iyun 2023-cu il tarixli, MN №1390219 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Quba RPŞ-nin sahə rəisi X5 18 iyun 2023-cu il tarixli, MN №1390219 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Şöbəsinin sahə rəisi X10 tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında MN1390219 saylı qərarına əsasən protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, o xx.xx.2023-cü il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Quba rayon Polis Şöbəsinin sahə rəişi X6 İnzibati tənbeh vermə haqqında MN ******* saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. Aşağıdakı əsaslarla həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 2013-cü ildən artıq 10 ildir ki, Quba rayonu, Zərdabi kəndində, Quba -Xaçmaz yolunun sağ tərəfində “Ərzaq malları” mağazasının sahibidir. xx.xx.2011ci ildən 3 saylı Ərazi Viergilər İdarəsində VÖEN ********** saylı qeydiyyatdan keçmiş, hal-hazırda aktiv Vergi ödəyicisidir. Quba rayon Şöbəsinin sahə rəisi X7 fəaliyyət göstərdiyi mağazanın qabağında dəfələrlə qanunsuz olaraq fəaliyyətinə mane olmuş, onu hər ay müəyyən səbəblərlə cərimələyəcəyi barədə təhdid etmişdir. Quba rayon Şöbəsinin sahə rəisi X7 öz şəxsi dükanında ticarətlə məşğul olduğunu bildirmiş, polisə yaraşmayan davranışlarının sərgilənməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində onu iştirakı olmadan və görüşmədən Quba rayon Şöbəsinin sahə rəisi X11 İXM-nin 454-cü maddəsi ilə İnzibati tənbeh vermə haqqında MN1390219 saylı qərar çıxarmışdır. 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. 10 (on) gün keçdikdən sonra 28.06.23-cü il tarixdə dükanının qabağına gələrək tərtib etdiyi İnzibati tənbeh vermə haqqında MN1390219 saylı qərarı və MN serialı ******* saylı 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolu Sakit adlı işçiyə verərək getmişdir. Quba rayon Şöbəsinin sahə rəisi X11 tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında MN1390219 saylı qərarı və MN serialı ******* saylı 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolu iştirakıyla imzalanmadığından və ünvanına poçt vasitəsilə göndərilmədiyindən məlumatsız olmuşdur. Quba rayon Şöbəsinin sahə rəisi X11 tərəfindən barəsində 18.06.23-cü tarixli İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı qərarın və MN serialı ******* saylı 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunması qanunsuzdur. Protokolun tərtib edildiyi ərazi ona məxsus ərzaq mağazasıdır, kassa aparatı mağazanın içində yerləşdiyində ticarət mağazanın daxilində edilir və aktiv vergi ödəyicisidir. Odur ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimyyətinin orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə mallların satılması ilə deyil özünə məxsus mağazada ticarətlə məşğuldur. Bundan başqa Quba rayon Şöbəsinin sahə rəisi X11 tərəfindən tərtib edilmiş 18.06.23-cü tarixli İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı qərarın və MN serialı ******* saylı 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda onun imzası öz əksini tapmamış və imzalanmamasınm səbəbi göstərilməmişdir. Yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsulyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında şikayət verən X3 ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə edərək, bildirmişdir ki, o küçə alverilə məşğul olmur, neçə ildir mağaza işlədir, barəsində inzibati xəta haqqında protokol qanunsuz və əsassız tərtib edilmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin sahə rəisi X12 izahatında bildirmişdir ki, X14 -Xaçmaz yolunun sağ tərəfində “Ərzaq malları” mağazasının sahibidir. O, mağazadan kənarda, qarşısında müxtəlif çeşidli mallar qoyub sataraq, küçə alverilə məşqul olur. Ona bir neçə dəfə xəbərdarlıq olunub, lakin buna əhəmiyyət verməyərək qanunsuz əməlini davam etdirir. Qonşuluqda yaşayan şəxsin izahaı da vardır ki, spirtli içkini mağazadan kənarda dolduraraq müştərilərə satır. Protokol tərtib edildikdə ondan şəxsiyyətini təsdiq edən sənədi istəsə də, o vəsiqəsini təqdim etməmiş, protokolu yazdıqda da, C.Süleymanov protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid şikayət verən X4 ifadəsində bildirmişdir ki, şikayət verən onun qardaşıdır və polis işçiləri digər yerlərdə dükandan kənar ticarət olduğu halda, məhz qardaşının dükanına qeyd edilən qaydada ticarətlə məşğul olduğu üçün dəfələrlə protokol tərtib edilir. Məhkəmə şikayət vermiş və protokol tərtib etmiş şəxsi, şahidi diləyərək, təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Quba RPŞ-nin sahə rəisi X5 18 iyun 2023cu il tarixli, MN №1390219 saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyəti Başçısının 14 oktyabr 2013-cü il tarixli Sərəncamından göründüyü kimi, X2 Quba-Xaşmaz yolunun sağ tərəfindən sahibkarlıq məqsədilə 100 kv/metr torpaq sahəsinin ayrılması və həmin ərazidə kommersiya obyektinin tikintisinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə-səksən manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezdentinin 15 fevral 2016-ci il tarixli, 795 nömrəli Fərmanının 5.53-cü bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati icraata Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları haqqında Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarına əsasən malların satışına olan ümumi tələblərin 5.35-ci bəndinə əsasən Səyyar formada və ya daimi ticarət yerindən kənarda evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları meyvə-tərəvəz məhsulları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir. İş materiallarına əlavə olunan fotodan göründüyü kimi, şikayət verən şəxsə məxsus “Ərzaq malları” mağzasının qarşısında, yəni daimi ticarət yerindən kənarda satılmasına icazə verilən məhsullarla bərabər, həmçinin satışına icazə verilməyən alkoqollu içkilərin satışı həyata keçirilir. Odur ki, X1 Azərbaycan Respublikası Quba RPŞ-nin sahə rəisi X5 18 iyun 2023-cu il tarixli, MN №1390219 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Quba RPŞ-nin sahə rəisi X5 18 iyun 2023-cu il tarixli, MN №1390219 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar